dini radikalizm və ekstremizmlə mübarizə

"Bayraktar" Rusiya istehsalı olan ən güclü raket komplekslərindən birini bombaladı

"Bayraktar" Rusiya istehsalı olan ən güclü raket komplekslərindən birini bombaladı

Türkiyəninin pilotsuz uçuş aparatı “Bayraktar” Suriyada “Pantsir-C1” zenit raket silah kompleksini bombalayıb.

Djb.az yeniavaz.com-a istinadən xəbər verir ki,bu barədə “lenta.ru” məlumat yayıb. Bildirilib ki, eyni anda 20 "Bayraktar" Suriya ordusunda istifadə olunan Rusiya istehsalı “Pantsir-C1” zenit raket kompleksini (ZRPK) bombalayıb. Bir neçə bombanın tuş gəldiyi raket kompleksi zədələnib.
Bəzi hərbi mütəxəssislər "Pantsir-C1"in "Bayraktar" tərəfindən vurulmasını raket kompleksini idarə edən suriyalı hərbçilərin səhvi ilə əlaqələndirib. Onların sözlərinə görə, mütəxəssislər “Pantsir-C1”i yaxşı idarə etsəydi “Bayraktarı” bura bilərdi.

Hadisənin nə vaxt yaşandığı barədə isə məlumat verilməyib.

Oxunub: 534
Oxşar xəbərlər
SON XƏBƏRLƏR