dini radikalizm və ekstremizmlə mübarizə

Hər kəsin arzusudur ki,cənnət guşəmiz olan Qarabağa qayıtsın və orada yaşasın


27 sentyabr 2020- ci ildə Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz torpaqlarımıza yenidən göz dikən erməni terrorçularına qarşı antiterror əməliyyatına başladı.30 ildir bu əmri gözləyən ordumuz və sıravi insanlarımız bir nəfər kimi ayağa qalxaraq torpaqlarımızı mənfur düşməndən azad etdi.
Vətən müharibəsində hər bir vətəndaşımız Ali Baş Komandanın ətrafında birləşərək "Dəmir yumruq"u yaratdı.Bu "Dəmir yumruq" la biz düşməni əzərək iti qovan kimi öz torpaqlarımızdan qovduq.
Bu gün artıq işğaldan azad edilmiş bu torpaqlarda quruculuq işləri aparılır.İnfrastruktur yenidən qurulur,yollar çəkilir,rabitə və informasiya qovşaqları yaradılır və hava limanı tikilir.
Cənab Prezident İlham Əliyevin və vitse-prezident Mehriban xanım Əliyevanın noyabr ayının 16 da Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Füzuli şəhərindən Şuşa şəhərinə birbaşa avtomobil yolu olan "Zəfər yolunun" əsasının qoyulması,Füzuli şəhərində beynəlxalq aeroportun tikilməsi həm orda yaşayan sakinlərimizə xidmət edəcək, həm də turizmin inkişafında böyük rol oynayacaq.
2021-ci il fevraç ayımın 14 də cənab prezidentin Füzuli,Zəngilan,Laçın və Cəbrayıl rayonlarına səfəri zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoymuş və bildirmişdir ki,artıq bütün şəhərlərimizin baş planı hazırlanır."Ağıllı kənd" və "Ağıllı şəhər" layihələri həyata keçirilir.Bu quruculuq işlərində qardaş Türkiyənin,İtaliyanın tikinti şirkətləri yaxından iştirak edir.
Vaxtı ilə öz doğma yurdundan-yuvasından zorla çıxarılan vətəndaşlarımız səbirsizliklə qayıdış gününü gözləyir.Hər kəsin arzusudur ki,cənnət guşəmiz olan Qarabağa qayıtsın və orada yaşasın.Həmin gün artıq gəlib çatmışdır!


Fərhad Qəfərov
Biləsuvar rayon Ağayrı kənd tam orta məktəbinin direktoru

Oxunub: 618
Oxşar xəbərlər
SON XƏBƏRLƏR