dini radikalizm və ekstremizmlə mübarizə

ABŞ-da iki konqresmen Bakıya “qadağa” tələb etdi

ABŞ-da iki konqresmen Bakıya “qadağa” tələb etdi

ABŞ Nümayəndələr Palatasının erməniyönlü konqresmenləri Ceki Şpeyer və Adam Şif ABŞ Prezidenti Cozef Baydenə müraciət ediblər.

Axar.az xəbər verir ki, onlar Baydendən Qarabağla bağlı Amerikanın səssizliyi pozmasını və Azərbaycana hərbi yardımı dayandırmasını istəyiblər.

Konqresmenlər II Qarabağ savaşı dövründə ABŞ-ın savaşın dayandırılması ilə bağlı əsas rolunu digərlərinə güzəştə getdiyini bildiriblər. Qeyd ediblər ki, ABŞ ATƏT-in Minsk Qrupunda aktivləşməli, Azərbaycandakı “erməni əsirləri” azadlığını və Qarabağdakı bütün xristian abidələrinin qorunmasını bakıdan tələb etməlidir.

Şpeyer və Şif, həmçinin 2019-cu ildə “erməni soyqırımı”ilə bağlı qətnamənin Nümayəndələr Palatasında böyük çoxluqla qəbul edildiyini xatırladaraq, Türkiyəni cəzalandırmaq, eləcə də insan haqlarını dəstəkləmək üçün “erməni soyqrımı”nın tanınmalı olduğunu bildiriblər.

Qeyd edək ki, Şpeyer və Şif hər ikisi ABŞ-dakı erməni lobbisinin ən aktiv üzvləridir. Onlar dəfələrlə ABŞ Konqresində Azərbaycanın əleyhinə müxtəlif qanun layihələri ilə çıxış ediblər.

Oxunub: 392
Oxşar xəbərlər
SON XƏBƏRLƏR