dini radikalizm və ekstremizmlə mübarizə

GƏNCLƏR- BAYRAMINIZ MÜBARƏK!


Bu gün hər kəsə məlumdur ki, 2 fevral Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycan dövlətində gənclər siyasətinin əsası qoyuldu.
1994- cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman nazirliyi yaradıldı.
Ulu Öndərin Prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərində hiss etmişlər.
1996- ci il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1- ci forumu keçirildi.1997- ci ildə Prezidentim sərəncamı ilə 2 fevral Azərbaycan Gənclər Günü kimi qeyd olunmağa başladı. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır.
Əsası Ulu Öndər tərəfindən qoyulan dövlər gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə vətənpərvər, idarəetmə bacarığı ilə seçilən intelektual, dünya görüşlü gənclər yetişmişdir.
Biz gənclərimizin dövlətçiliyə bağlı, yüksək vətənpərvərlik ruhunda tərbiyyə aldığının məhz 44 günlük II- ci Qarabağ müharibəsi dövründə bir daha şahidi olduq. Gənclərimiz torpaqlarımızı düşmənin əsarətindən azad edərək Şəhidlik zirvəsinə ucaldılar. Onların çoxluğu Qarabağ torpaqlarını qanları ilə sulayaraq zəfər sevincini xalqa yaşatmaqla ölməzliyə imza atdılar, bu gün hər birimiz bizə zəfər qürurunu yaşadan minlərlə Qazilərimiz və əsgərlərimizlə fəxr edirik.
Bu gün Gənclər günü münasibəti ilə öz adımdan və rəhbərlik etdiyim Djb.az kollektivi adından sizləri təbrik edir.
Sizlərə işlərinizdə uğrlar, ən başlıcası can sağlığı şəxsi həyatınızda xoşbəxtlik arzulayır.
Əziz gənclər bayramınız mübarək!


Almaz İlahə

[center]



























[/center]


Oxunub: 825
Oxşar xəbərlər
SON XƏBƏRLƏR