dini radikalizm və ekstremizmlə mübarizə

DÖYÜŞDƏN BAŞLANAN QARDAŞLIQ və yaxud dostların "dəmir yumruq" əməliyyatı...


Vətən muharibəsinə Biləsuvar rayonundan eyni gündə, bir yerdə yollanıblar. İşğal altında olan rayonların azadlığında iştirakdan qürur duyurlar. Döyüşlərdə mərdliklə iştirak edən dostların cəbhədən başlanan tanışlığı onları bir-birinə doğmalaşdırıb.
Şəhid silahdaşlarının və qazi dostlarının ziyarətinə yollanan bu igid, cəsur oğullarla tanışlığmız zamanı bir daha əmin oduq ki, əlbəttə belə vətən oğullarının qarşısında düşmən tab gətirə bilməzdi.
Biləsuvarın Bəydili kəndinin sakini olan Gözəlov Sübhan Hicran oğlu müharibədə Füzuli, Xocavənd və Şuşa istiqamətində vuruşmuşdur. Şəraitləri ilə bağlı soruşduqda, "Vətənin hər bir daşı bizimçün pambıq yastıq, qarı, saxtası isə isti yorğanımız idi" deyərək, qürurla cavab verir. Onun kəndliləri Nəcəfov Natiq İlqar oglu və Mansurlu Murad Babulla oglu Xocavənd, Füzuli istqamətində qəhrəmancasına döyüşüblər. Döyüşlərin birində yanına düşən minamyotdan ciddi travma alan Murad yenidən döyüşə qayıdaraq torpaların alınmasında sonacan döyüşub.
Günəşli kəndindən olan Novruzlu Məzahir Kərimxan oğlu döyüş yoldaşları ilə bərbər Şusayadək şərəfli döyüş yolu keçib, ağır yaralansa da həkimlərin səyləri nəticəsində güc tapıb ayağa qalxmağı bacarıb.
Azadxanli Ruslan Hafiz oglu isə Biləsuvar şəhəri, Təbriz küçəsinin sakinidir. Xocavənddə, Fizulidə böyük şücaətlər göstərib. Ağır artileriyadan açdığı atəşləri ilə düşmənə qan uddurub.

Eşq olsun Sizlərə, vətən övladları!.

Surxay Şahbazov
Region press qəzetinin baş redaktoru




Oxunub: 790
Oxşar xəbərlər
SON XƏBƏRLƏR