dini radikalizm və ekstremizmlə mübarizə

160 döyüşçünü mühasirədən çıxardı, özü şəhid oldu - VİDEO

160 döyüşçünü mühasirədən çıxardı, özü şəhid oldu - VİDEO

Vətən müharibəsində qəhrəmanlıq göstərən hərbçilərimizdən biri də baş leytenant Röyal Xasıyev olub.

KONKRET.az xəbər verir ki, Röyal Xasıyev 1993-cü il, aprelin 19-da Şəkinin İkinci Biləcik kəndində anadan olub.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, daha sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Artilleriya komandiri müharibə başlayan ilk günlərdən döyüşlərə qatılıb. Onunla çiyin-çiyinə olmasa da, eyni cəbhədə döyüşən qardaşı Təmraz Xasıyev deyir ki, qardaşı son döyüşündə ayağından yaralanıb. Onu hospitala göndərmək istəsələr də, razı olmayıb.

Röyal Xasıyev 160 döyüşçü yoldaşını qəhrəmancasına mühasirədən çıxarıb. Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. (unikal.org)

Oxunub: 392
Oxşar xəbərlər
SON XƏBƏRLƏR