dini radikalizm və ekstremizmlə mübarizə

Qurbanlarımız kəsilərək şəhid ailələrinə paylanıldı


Gözəl əməl sahibi olmaq üçün əməlisaleh insan olmaq lazımdır. Əməlisaleh olmaq üçünsə insanlara , milli mənəvi dəyərlərə, adət ənələrə, dini mənsubiyyətinə hörmətlə yanaşmağı bacarmaq lazımdır.
Son dönəmlərdə yaşasığımız, qurban verdiyimiz itgilər hər kəsi sarsıtdı. Vətəni düşmən işğalından azad etmək üçün verdiyimiz can qurbanları hər bir vətənpərvəri narahat edirdi. Tezliklə bu bəlanın xalqımızın dövlətimizin başı üzərindən dəf olub getməsi üçün minlərlə qurbanlar deyilərək kəsildi. Bu gün hələdə belə qurbanların kəsilməsi davam edir.
Hər kəsin tanıdığı AMİP Siyasi şuranın üzvü, Qadınlar Şurasının səbri, vətənpərvər xanım Aminə Vəliyeva Əsgər Ailələrinə Dəstəy İctimai Birliyinin sədri Mətanət Əsgərqızına müraciət etmişdir.
Azərbaycan Respublikasında 44 sürən Vətən müharibəsinin zəfərlə bitməsi ilə bağlı qurban paylarını şəhid ailələrinə çatdırmaq istədiyini bildirmişdir.26.12.2020- ci il tarixində həmin qurban kəsilərək şəhid ailələrinə çatdırılmışdır. Qurban payı Xocalıdan olan on şəhid ailəsini müəyyənləşdirilmişdirilərək paylanılmışdır.
PS. Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı Aminə Vəliyevaya və ailə üzvlərinə gözəl təşəbbüsün həyata keçirilməsində onlara müraciətləri üçün minnətdarlığlarını bildirirlər!

Almaz İlahə

Oxunub: 601
Oxşar xəbərlər
SON XƏBƏRLƏR