dini radikalizm və ekstremizmlə mübarizə

Polkovnik leytenant Miriyev Telmanın anası: "Prezidentimin haqq ədaləti bərpa edəcəyinə inanıram."


Yenə də bir ana ilə həmsöhbət olmağa yol aldıq. Miriyevlər ailəsi haqqında çox eşitmişdim. Allaha bağlı, ibadət əhli, hər kəsin hayına-harayına çataqcaq nümunəvi bir azərbaycanlı ailəsi.
Miriyevlərin böyük oğulları Miriyev Mehman gördüyümüz Vətənpərvər işlərdə hər zaman Şəhid ailələrinin, qazilərinin yanında olaraq yorulmadan çalışan insanlardan biridir. Onunla birgə Şəhid Polkovnik-leytenant Telman Miriyevin ağsaqqal atası Mirbaba kişini, anasını Xanımgül ananı ziyarətə yol almışdıq.
Mirbaba kişi Cünəşli kəndində1975- cii ildən traktorçu işləyib, alın təri ilə qazandığı halal ruzisi ilə övladlarını böyüdüb.
Telman Miriyev Cəlilabad şəhərinin Günəşli kəndində qeyd etdiyum kimi sadə bir taxtorçu ailəsində dünyaya göz açmışdır. Ailədə 8 uşağ olublar 5 qız , 3 oğlan Telman isə ailənin 5 ci övladı olub. Sadə bir kasıb evində dünyaya göz açan bir vətənpərvər istehkamçının həyatı haqqında Xanımgül ana ilə həm söhbət olduq.
- Telman övladlarımdan tam fərqli uşaq idi, kiçik yaşlarından çox seçilirdi. Çox zəhmətkeş idi. 7-ci sinifi bitirdikdə Telman Naxçıvanski adına hərbi məktəbə qəbul oldu. Təhsilini uğurla başa vurdu. Müəllimləri belə onu çox sevirdi. Tətil vaxtları evə gələndə istəmirdi hansısa işi görüm. Sanki mənə xidmət etməkdən zövq alırdı. Telman həyatda övladlarım arasında seçildiyi kimi həyatda da seçildi. Oğlum öz sahəsinin Azərbaycandan olan Amerikada təhsil almış yeganə mütəxəsisi idi.
Aprel döyüşlərində Talış istiqamətində göstərdiyi şücaətlərdən sonra ona polkovnik leytenant rütbəsini verdilər. Onunla həmişə fəxr etmişəm yenədə fəxr edirəm. Bu gün yanımda olmasa belə xatirələri ilə ovunuram. Oğlum çox əməlisaleh insan idi. Hər kəsə yardım etməyə can atan mərhəmətli bir ürəyə malik idi. Hər ay əmək haqqısından müəyyən məbləğ ayıraraq deyərdi -"Ana bunu kənddə imkanı zəif olan ailəlrin bir neçəsinə çatdır."
Mənim övladım imkanlı şəxs deyildi hərbiçi əmək haqqısı yeganə gəlir yeri idi. Amma buna baxmayaraq yardımsevərliyini davam etdirirdi.
O bu addımı ilə əsl insan olmasını və əməlisaleh bəndə olduğunu sübut edirdi.
PS.Telman Miriyev 2008-ci ildə
"Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" Yubley Medalı, 2010 -cu ildə "Qüsursuz Xidmətə Görə"
3- vü dərəcəli medal,2013-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi" yubley medalı, 2014-cü ildə "Qüsursuz Xidmətə görə" 2- ci dətəcəli medalı, 2014-cü ildə "Vətən Uğrunda" medalı təltif edilmişdir.
Telman Miriyev Qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində, döyüş tapşırıqlarının yüksəldilməsində və hərbi intizamın məhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə 2004, 2007, 2008, 2009,2010, 2014, 2015 ci illərdə xidmət etdiyi hərbi hissə komandanlıqı və müdafiə naziri tərəfindən fəxri fərmanlarla təltif edilmişdir.
Telman Miriyev ailəli idi, Zeynəb adlı bir az yaşlı qızı bizlərə əmanətdir.
Ruhun şad olsun Şəhidim.
Telman Miriyev 27.10.2016-cı ildə xidməti vəzifəsinin icrası zamanı ( partlayıcı minanın zərərləşdirilməsi nəticəsində, Travmatik heçorragik şok diaqnozu ) dünyasını dəyişmişdir.
Təssüf ki, Azərbaycan Respunlikasında hələdə xidməti vəzifəsini yerinə yetirərkən dünyasını dəyişənlər layiqli adını almırlar.
Bu gün Telman Miriyev kimi 100 lərlə haqqı tapdalanmış hərbiçilərimiz var.
Dəfələrlə toxunaraq yazdığım mövzudur.
Əyninə hərbi forma geyinən hər bir əsgər və zabit hərbi xidməti zamanı dünyasını dəyişmişsə onlar birim Şəhidlərimizdir.
Bu gün məsələ hələki həlli yolunu tapmasada Vətənə xidmət edən 100 lərlə igid övladını Azərbaycan Respublikasına xidmət edən Telman Miriyev kimi şücaətli oğulların valideyinləri Ali Baş Komandana inanaraq gözləyirlər. Bu gün həmsöhbət olduğum polkovnik leytenan Telman Miriyevin anası Xanımgül Miriyeva " Mən inamıram ki, 30 il əsarətdə qalan torpaqları azad edən prezident canlarını bu Vətənə xidməti ilə qurban vermiş hərbiçilərin haqqı olan adların verilməsi məsələsinə. ə zaman ayıracaq. Bilmirəm mənim və mənim kimi anaların bu günü görməyə ömrü çatacaqmı?
Amma bir bildiyim var haqq ədalətin bərpası yenədə Ali Baş Komandanın imzası ilə olacaq.


Almaz İlahə
Təsisçi

Oxunub: 831
Oxşar xəbərlər
SON XƏBƏRLƏR