dini radikalizm və ekstremizmlə mübarizə

QONŞU OLUBLAR, İKİSİ ŞƏHİD OLDU, BİRİ QAZİ


Azərbaycan ordusunun düşmən üzərində tarixi qələbəsi millət olaraq nəyə qadir olduğumuzu bir daha sübut etdi. Kimlərə firavan, kimlər üçünsə çətin geridəki 30 ildə “Qarabağ nisgil”i hər kəs üçün dəyişməz qaldı.... Xalqımızın yumruq kimi birləşməsi, vətənpərvərlik ruhumuzun sonsuzluğu bizə Qələbə qazandırdı. Qarabağın azadlığı hər bir vətəndaşa əvəzolunmaz bir sevinc yaşadıb.

Hər bir rayon, hər bir kənd, fərq etməz, bütün Azərbaycan Ali Baş Komandanı İlham Əliyevin Hücum Əmirini alanda düşünmədən öz oğullarını vətənə qurban verdi. Biləsuvar rayonunun Zəhmətabad kəndi vətən müharibəsində 7 oğulunu vətənə qurban verib. Bu kəndin bir küçəsində uşaqlığı bir yerdə keçən üç qəhrəman isə qonşu olub- ikisi şəhid olub, biri qazi.

Müddətdən artıq hərbi qulluqçu kimi vətənin keşiyində duran Gündüz Çingiz oğlu Abdullayevin atası Moskva Sərhəd Qoşunları Komandanlığı məktəbində təhsil alıb, birinci Qarabağ müharibəsi qazisidir. Ailədə vətənpərvərlik tərbiyəsi alan Gündüz həqiqi hərbi xidməti zamanı xidmətini davam etdirmək üçün komandirinə müraciət edib. “Gündüzün həqiqi hərbi xidmətini ön cəbhədə etməsi müraciətindən sonra oldu. Ötən ilin sentyabrında, xidmətini başa vurduğunun 15-ci günündə komandiri mənə zəng vuraraq dedi ki, Gündüz iştirak etdiyi bütün təlimlərdən uğurla keçib. Gündüz baş çavuşluqla verdiyi imtahadan keçməsi xəbərini hədsiz sevinclə qarşıladı. Bacarığı, üstün hərbçi keyfiyyətləri gənc əsgərlərə təlimlərdə üzərinə düşən işin məsuliyyətli icrası ilə vətənə xidməti davam etdirib... . Əslində, tək oğul övladı olduğundan, biz onun yanımızda qalıb, mülki həyatda çalışmasını istəyirdik, ancaq arzuzuna qarşı çıxmadıq...”. Bunları söyləyən Cingiz ata qeyd etdi ki, oğlu Vətən müharibəsində döyüş tapşırıqlarının yerinə yetirilməsində çox şücaətlər göstərib. Düşmənin cəbhəsinin yarılması ilə başlanan döyüş əməliyyatlarında, Murovdağda strateji yüksəklikərin alınmasında qəhrəmancasına vuruşan baş çavuş Gündüz Abdullayev, oktabırın 2-də “Canavar” postu uğurunda döyüşdə şəhadətə qovuşmuşdur.

Geridə qalan 80 günlük bir müddətdə Gündüzün şəhadətini bilən ata, bunu hər kəsdən gizlədib. Düşmənin hiyləylə minaladığı ərazinin təhlükəsizliyi bir neçə gün öncə mümkün olduqdan sonra, şəhidimizin nəşi götürülərək ailəsnə təhvil verilib, kənd qəbiristanlığında dəfn edilmişdir.

... Gündüzə hüzn saxlayan kəndin bu küçəsi, ötən ayın 9-da onun uşaqlıq dostu şəhid Elməddin Ənvər oğlu Rəhimovla vidalaşıb O, Elməddin ki, Tovuz döyüşlərində cəbhəyə könüllü yazılmışdır. Mehri ana deyir ki, oğlu Bakı şəhərində, özünə peşə də seçmişdi, dərzi-modelçi kimi Bakı Tikiş evində işləyirdi. Müharibə başlayan ilk günlərdə rayona qayıdaraq, 28 sentyabrda səfərbərlik xidmətinə yollandı ki, onu da döyüşə aparsınlar. Demişdilər, çağıracağıq. 30-u günü (sentyabrın) yenidən istədiyi cavabı ala bilməyəndə Müdafiə Nazirliyinin qaynar xəttinə yerli şöbədən şikayət edir ki, məni niyə döyüşə aparmırlar... .

... Nəhayət Elməddinin döyüş arzusu 1 oktyabrda gerçəkləşir. Qorxmaz kəşfiyyatçı Elməddinin qatıldığı həmlə taboru anba-an irəliləyərək, düşmənə ardıcıl sarsıdıcı zərbələr vurur. Onun Fizulidən başlayan döyüş yolu düşmənin alınmaz qala hesab etdiyi Şuşanın azadlığınadək davam edir. 8 noyabrda qələbə xəbərinə az qalmış şəhidlik zirvəsinə yüksəlir. 23 yaşlı şəhidimiz Prezident İlham Əliyevin bu günlərdə imzaladığı müvafiq sərəncamla “Vətən Uğrunda” medalı ilə təltif olunmuş şəhid qəhrəmanlardandır. O, həqiqi hərbi xidmətini Goranbay rayonundakı “N” saylı hərbi hissədə edərkən, Aprel döyüşlərində general Polad Həşimov rəhbərliyi altında vuruşan əsgərlərdən olub.

“...Elməddin Füzuli istiqamətdə döyüşlərdə yaralanmağımı eşidəndə mənə zəng vurmuşdu. Qardaş qədər yaxın olan qorxmaz dostum yaralı və şəhidlərimizin intiqamı andını icərək, bu yolda özünə şəhilik arzulayırdı. Onun bir neçə gün sonra şəhid olmasını eşitdim.” Bu haqda danışan, şəhid Elməddin Əlizadənin qonşusu və uşaqlıq dostu, həm də sinif yoldaşı Yasər Azər oğlu Bayramov ordu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi Vətən müharibəsində ağır yaralanarq qazi olub.

Qəhrəman vətən oğullarının uyuduğu Zəhmətabad kəndinin qəbiristanlığı sakinlərin müqəddəs ziyarətgahına çevrilib. İndi döyüş meydanından geri dönən qazilər, onların silahdaşları şəhidlərin məzarı önünə gələrək, öz qəhrəmanlarını ziyarət edirlər.

Surxay ŞAHBAZOV
"Region-press" qəzetinin baş redaktoru

Oxunub: 664
Oxşar xəbərlər
SON XƏBƏRLƏR