24 yaşlı qəhrəman qazimizi siz də yaxından tanıyın!!!
"Şuşada erməni əsgərləri bizi bir neçə metrlikdə görəndə, vahiməyə düşmüşdülər. Silahlarını atıb, bağıra-bağıra qaçırdılar". 44 günlük zəfər qələbəmizlə bitən Vətən müharibəsinə könüllü olaraq yollanan cəsur oğullarımızdan biri də Biləsuvarın Nərimankənd kənd sakini kəşfiyyatçı Elçin Əflatun oğlu Quliyevdir. Bir müddət Ağcəbədi rayonunda "N" saylı hərbi hissədə təlimlərdə iştirak etdikdən sonra, kəşfiyyat bölüyünün tərkibində cəbhədə başlanan əks hücum əməliyyatlarına qatılır. Füzulidən Şuşayadək keçilməz sədlər aşan qəhrəmanımız düşmənə ağıla gəlməz hədəflərdən sarsıdıcı zərbələr endirərək qan uddurur. İllərdi xalqımızın başına gətirilən müsibətləri gözləri önünə gətirərək düşmən üzərinə yeriyən Elçin igidliklə döyüşərək yağılardan öz intiqamını alıb. Noyabrın 2-də Şuşa uğrunda gedən əlbəyaxa döyüşlərdə sağ ayağından ciddi xəsarət alır. Təcili təxliyyə olunaraq xəstəxanaya çatdırılıb. Bir neçə gündən sonra Ali Baş Komandanımızın elan etdiyi Qələbə xəbərini hospitalda eşidən qazimiz, xoş təəssüratlarını saytımızla da paylaşıb. 26 yaşlı qəhrəman qazimizi siz də yaxından tanıyın!!!
Oxunub: 703