Şirinov Edar Bağır oğlu 2001-ci il12 iyul Göyçayda anadan olub. Ailənin tək oğlu idi 2 bacının 1 qardaşı.Gülərüz mülayim və tərbiyəli oğlan idi. Həmişə müəllimlərinin və yaxınlarının hörmətini saxlayırdı. Necəki biz onun yoxluğuna inana bilmirik,eləcədə tələbə yoldaşlarıda hələdə onun yoxluğu il barışa bilmir. Ondan bizə qalan məsum baxışı, simasındakı gülüşü oldu.2018-ci ildə Göyçay avtomobil istismarı kollecinə daxil olub. Amma vətənə sevgisi onu 2019-cu il iyul ayının14-də təhsilini dayandırıb hərbi xidmətə yollanmağına səbəb oldu.2020-ci il 6 oktyabr 2-ci Qarabağ müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb şəhidlik zirvəsinə ucaldı. O bizim qəlbimizdə daim yaşayacaq.
Aysu İsmayılova
Oxunub: 572