
Aytəkin Sədrəddin qızı Xəlilova 1970-ci ilin noyabr ayının 14-də anadan olmuşdur. Ali təhsilə Azərbaycan Dövlət Pedaqoji Universitetində başlamış və 1990-1995-ci illər arasında burada oxumuşdur. Müəllimlik peşəsi ona çox uğurlar, nailiyyətlər və müvəffəqiyyətlər qazandırmışdır. Çünki, o, alın təri və öz gücü hesabına bu cür ali mərtəbələrə yüksəlmək şərəfinə nail ola bilmişdir. Azərbaycanlı balalarına dərs demək, onlara vətəni sevməyi öyrətmək, savadlanmağı və bilik əldə etməyi aşılamaq kimi bir müqəddəs vəzifənin sahibi olmuşdur. Təbii ki, Uca Allah-Təalanın(c.c) köməyi sayəsində bunları əldə etmişdir. Aytəkin xanım ilk pedaqoji fəaliyyətinə 1995-ci ildə məhz Məmməd Rahim adına 7 nömrəli orta məktəbdə başlamışdır. Yavaş-yavaş daha da irəliyə gedərək 2008-ci ildə Azərbaycandakı bütün orta məktəblərin ən öndə gedən lideri sayılan biləcək bir orta məktəb kimi sayılıb-seçilən, zadəgan ailələrin övladlarının təhsil aldığı Arif Hüseynzadə adına 20 nömrəli tam orta lisey məktəbdə dərs demək şərəfinə nail olmuşdur. Çox sevindirici bir haldır ki, təriflədiyim bu orta məktəbdə Aytəkin xanımın ilk dərs dediyi və rəhbərlik etdiyi sinifin şagirdlərindən biri elə şəxsən mən olmuşam. Onun pedaqoji savadına, müəllimlik istedadına sırf burada bələd olmuşam. Aytəkin müəllimənin bir çox şagirdləri həm Azərbaycan Respublikası və həm də ki, bütün Türk respublikaları üzrə I yeri tutmağa müvəffəq olmuşdurlar. Heç şəkk-şübhəsiz ki, bu da Aytəkin müəllimənin o şagirdlərə göstərdiyi dərin qayğının və çəkdiyi zəhmətin bir parlaq bəhrəsidir ki, bu, özünü məhz onların timsalında və əməlində göstərir. Aytəkin xanım 2012-ci ildə həmin 20 nömrəli məktəbin "Azərbaycan dili və ədəbiyyatı" kafedrasının müdiri vəzifəsinə layiq görülərək bura təyin olunmuşdur. Özü elm yolunda göstərdiyi fədakarlıqlarına və 20 nömrəli məktəbin elmi-ictimai həyatındakı layiqli xidmətlərinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən dəfələrlə təltifnamələr almışdır. Hətta 2019-cu ildə keçmiş Təhsil Naziri olan Ceyhun Bayramov tərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilmişdir. Hal-hazırda, Dövlət İmtahan Mərkəzinin mühüm işçilərindən biri kimi də fəaliyyət göstərməkdə davam edir. Aytəkin xanımın bundan sonrakı fəaliyyətlərində də silsilə şəkildə parlaq uğurlar, yüksək nailiyyətlər və müvəffəqiyyətlər qazanacağına əsla şübhə etmirəm, əksinə, inanıram! Çünki, o, hər bir işində peşəkar, inadkar bir xanımdır. Əgər qarşısına bir məqsəd qoymuşdursa, ona çatması labüddür. Aytəkin xanım heç bir cəhətdən geridə qalan bir insan deyil. Ulu Tanrıdan Aytəkin xanıma işlərində bir daha bol-bol uğurlar, tükənməz nailiyyətlər diləyir və ona uzun ömür, can sağlığı, xoşbəxt həyat, firavanlıq, sağlam ömür arzulayıram! Sevgilərlə və sayğılarla!
Ərtoğrul Aypar
Oxunub: 1 682