dini radikalizm və ekstremizmlə mübarizə

Hər zaman pozitiv görünərdi Seymur...


Ayan olmuşdu balana. Sən su istəyərkən Nihad da gecə Anasından su istəyib. Kim nə bilərdi ki? Kim nə bilərdi ki, su istəyərkən balalarım deyib gözlərini əbədi yumacaqsan...Bu da Sənin alın yazın Şəhidim.
. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Vətən müharibəsində Füzuli döyüşlərində Şəhidlik zirvəsinə ucalmış kapitan Seymur Cabbarov.
. Seymur İlham oğlu Cabbarov, 17 mart 1987 - ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çərçiboğan kəndində anadan olmuşdur. Seymur 1993 - cü ildə Ramiq Abbasov adına orta məktəbin 1 - ci sinifinə getmiş, 2001 - ci ildə həmin məktəbin 8 - ci sinifini bitirmişdir. 2001 - 2004 - cü illərdə Heydər Əliyev adına Hərbi liseydə təhsil almışdır. Bitirdiyi il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olmuş, 2008 - ci ildə həmin məktəbi bitirmiş, elə həmin ildə Müdafiə Nazirinin əmrinə əsasən Leytenant hərbi rütbəsi alaraq, Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzinin Zabit İxtisas Kursunun dinləyicisi təyin edilmişdir. 2009 - cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzinin Zabit İxtisas Kursunu bitirmiş, Azərbaycanın Gəncə, Gədəbəy, Füzuli, Naxçıvan, Ağcabədi və Beyləqan kimi bölgələrdə xidmətdə olmuşdur.
. Azərbaycan Ordusunun hərbi qulluqçusu kapitan Seymur Cabbarov 27 sentyabr 2020 - ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində fəallıq göstərək Füzulinin azadlığı uğrunda 03 oktyabr gecə saatlarında Füzuli döyüşləri zamanı Şəhidlik zirvəsinə ucalmışdır.
. Şəhid kapitanın Vətənə yadigar iki övladı qaldı...Qızı Sevinc və oğlu Nihad.

İlham Əliyev.

Oxunub: 968
Oxşar xəbərlər
SON XƏBƏRLƏR