dini radikalizm və ekstremizmlə mübarizə

2782 Şəhid qardaşın bir Şəhid bacısı Arəstə Baxışova


Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi tibb qulluqçusu, Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış 2782 Şəhid qardaşın bir Şəhid bacısı Arəstə Baxışovaları var idi.
Arəstə Baxışova 1989-cu ildə Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olmuşdur. Atası baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb.
Azərbaycan Ordusunun çavuşu olan hərbi tibb qulluqçusu Arəstə Baxışova 27 sentyabr 2020 - ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Arəstə Baxışova 24 oktyabr Qubadlı döyüşləri zamanı Şəhidlik zirvəsinə ucalmışdır.
. Arəstə Baxışova, III dərəcəli "Qüsursuz xidmətə görə", II dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif olunmuşdur.
Arəstə Baxışova ailəli idi, Mərdan adında bir oğul və Zəhra adında bir qız Anası idi.

İlham Əliyev

Oxunub: 586
Oxşar xəbərlər
SON XƏBƏRLƏR