dini radikalizm və ekstremizmlə mübarizə

İllərdir xalqımızın üzərinə qara ləkə kimi yapışan barbar obrazını Ali Baş Komandan belə dəyişdi

İllərdir xalqımızın üzərinə qara ləkə kimi yapışan barbar obrazını Ali Baş Komandan belə dəyişdi

“Prezident İlham Əliyev sentyabrın 27-dən bu günə kimi Azərbaycanın mövqeyini çox doğru, aydın şəkildə əsaslandırdı və ermənilərə yaxın kütləvi informasiya vasitələri vasitəsilə dünyaya Azərbaycanın haqlı mövqeyini çatdırdı”.

Bunu KONKRET.az-a danışan deputat Müşfiq Cəfərov qeyd edib.

Deputat bildirib ki, prezident sentyabrın 27-dən, hərbi əməliyyatlar başlayandan müxtəlif ölkələrin telekanallarına və informasiya agentliklərinə müsahibələr verib: “Prezidentin BBC-yə verdiyi müsahibə savaş başlayandan bəri verdiyi müsahibələrdən onunla fərqlənir ki, bu informasiya portalının münaqişəyə dair mövqeyi məlumdur. Bu səbəbdən jurnalistin sualları sualdan daha çox qərəz səciyyəli idi. Ölkə başçısı bu dəfə də haqlı və real arqumentlərlə irəli sürülən qərəzli fikirlərə qarşılıq verdi. Jurnalistin əsas foksu münaqişə zamanı erməni dinc sakinlərin zərər görməsi üzərində qurulurduı. Lakin cənab prezident Gəncənin, Bərdənin vurulmasının, niyə qarşı tərəfdən soruşulmadığını bildirdi. Müşahidələrimə əsasən deyə bilərəm ki, dünyaca məşhur mətbuat nümayəndələrinin haqsız və qərəzli mövqeyi xalqımız tərəfindən böyük narazılıqla qarşılanır. Xalqın qınaq obyektinə çevrilən digər məsələ isə xarici media jurnalistlərinin özünü müxbir kimi deyil, Ermənistan tərəfinin vəkili kimi aparması idi. Bu gün Azərbaycan nəinki öz torpaqlarının bütövlüyünü təmin edir, hətta Qafqazın iqtisadi, mədəni, siyasi sabitliyini də təmin edir. Azərbaycan regionun sabitliyi uğrunda apardığı bu mübarizədə elə erməni xalqının rifahını da düşünür. Bu günə kimi Azərbaycanda yaşayan bir nəfər belə olsun erməni nümayəndəsi təqib olunub pis rəftarla qarşılaşmayıb”.

Deputat vurğulayıb ki, Pprezidentin Dağlıq Qarabağın Azərbaycan tərkibində gələcək inkişaf perspektivləri, Türkiyənin münaqişədəki mövqeyinə dair suallara da cavabı mükəmməl olub. Dövlət başçısının dünyagörüşü və ləyaqətli mövqeyi bütün qaranlıq məqamlara aydınlıq gətirdi: “Ümumiyyətlə, bu müsahibələrdən sonra hər kəs erməni diasporunun yalançı təbliğat maşınının uydurduğu barbar Azərbaycan obrazını yox, Prezidentin simasında sivil, mədəni, alicənab və ləyaqətli bir Azərbaycan obrazını yaddaşlarına və vicdanlarına həkk edəcəklər. İllərdir xalqımızın üzərinə qara ləkə kimi yapışan bu obrazın, erməni hərbi – siyasi hakimiyyətinin əsl siması olduğunu dünyada gördü”.

Oxunub: 326
Oxşar xəbərlər
SON XƏBƏRLƏR