dini radikalizm və ekstremizmlə mübarizə

Dünya mediası: “Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi tanınır”

Dünya mediası: “Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi tanınır”

Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə şəhərinin mülki əhalisinə qarşı Rusiya istehsalı olan, qadağan edilmiş kasetli döyüş sursatlarından istifadə edib. “VICE News” nəşrinin jurnalistləri oktyabrın 28-də Bərdə şəhərinə kasetli bombaların atıldığını təsdiqləyir.

Hücumdan bir neçə saat sonra apardığımız araşdırma zamanı zərbənin endirildiyi yeri və “SMERÇ”in döyüş sursatının qalıqlarını aşkar etdik. Faktı “Amnesty International” təşkilatının hərbi eksperti Brayan Kastner, BMT-nin sabiq hərbi məsləhətçisi Mark Qarlasko və Böyük Britaniyada fəaliyyət göstərən “Royal United Services Institute” araşdırmalar mərkəzinin elmi işçisi Castin Bron da təsdiqləyiblər.

Xatırladaq ki, üzdən çox ölkə kasetli döyüş sursatlarından istifadəsinin qadağan edilməsilə bağlı sazişə imza atıb. Ermənistanla Azərbaycan bu razılaşmaya qoşulmayıb.

Bərdədə aparılmış araşdırmalar zamanı xəstəxana ərazisi, mülki evlərin həyətləri daxil olmaqla, bir çox yerə zərbələrin endirildiyi məlub olub. Ərazidə subdöyüş sursatları aşkar edilib – onlar ərazidə çalalar əmələ gətirib.

Azərbaycanlı rəsmilər Bərdəyə hücum nəticəsində 21 mülki şəxsin həyatını itirdiyini deyir. Bu, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ regionunda alovlanmlış yeni müharibə mülki əhali arasında ən böyük itkidir.

Biz Bərdə Şəhər Mərkəzi Xəstəxanasının morquna da baş çəkdik. Orada 12 cəsəd var idi. Mülki geyimdə olan cəsədlərin əksəriyyətinin əl-ayağı qopmuş, dərisi yanmış, qarın nahiyəsi parça-parça olmuşdu. Əlbəttə ki, bütün bunlar partlayışın nəticəsi idi…

İnsan haqları təşkilatları Dağlıq Qarabağın “paytaxtı” (dırnaq işarəsi bizə aiddir – WM) Stepanakertin (Xankəndi – WM) də kasetli bombalardan atəşə tutulduğunu bildirir.

Müstəqil araşdırmaçılar erməni hərbi birləşmələrinin Azərbaycandakı hədəflərə hücum zamanı kasetli bombalardan istifadə etdiklərini ilk dəfədir üzə çıxarır. Lakin istər Yerevan, istərsə də Bakı bu növ raketlərdən istifadə olunduğunu inkar edir.

““Amnesty International” təşkilatının ekspertləri Azərbaycanın mərkəzi hissəsində yerləşən Bərdə şəhərinin hansı sursatlarla atəşə tutulduğunu müəyyənləşdirib. Bu, Rusiya istehsalı olan kasetli bombalardır – 9N235”, – deyə “Amnesty International” təşkilatının hərbi eksperti Brayan Kastner bildirib: “Bu bombalar çox güman ki, 300 millimetr kalibrli, yer-yer tipli 9M55 “SMERÇ” raketləri vasitəsilə atılıb. Belə raketlər təxminən 70 kilometr məsafədəki hədəfləri vura bilir. Erməni hərbi birləşmələrin bu növ silaha malik olduğu məlumdur”.

Kastner beynəlxalq hüquqa görə, kasetli bombalardan istifadənin hər bir halda qadağan olduğunu deyir: “Bu silahlar beynəlxalq səviyyədə, yəni “Klaster döyüş sursatları” konvensiyası çərçivəsində qadağan edilib. Amma bu konvensiyaya nə Ermənistan, nə də Azərbaycan qoşulub. Demək, hər iki tərəf bu ölümcül silahdan istifadə edir. Nəticədə mülki şəxslər həyatını itirir və yaralanır”.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2 ədəd “SMERÇ” raketinin tapıldığı haqda məlumat yayıb: “Onların tərkibində 72 ədəd 9N235 bombacığının qalıqları aşkarlanıb”.

Qurumun direktoru Qəzənfər Əhmədov deyir ki, hücuma məruz qalmış hədəflər nə hərbi obyekt, nə də polis məntəqəsidir: “Zərbələr yalnız mülki obyektlərə endirilib”.

Ermənistan rəhbərliyi artıq qeyd olunduğu kimi, kasetli döyüş sursatlarından istifadə edildiyini boynuna almır. Ermənistan Müdafiə Nazirliyisə məsələni şərh etmir.

Dağlıq Qarabağ regionu beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Tərəflər arasında 1994-cü ildə bitmiş son genişmiqyaslı müharibədən sonra region Ermənistanın dəstəklədiyi etnik ermənilərin nəzarətindədir.

Müəllif: Hind Hassan, Lama Əl-Arian

Mənbə: VICE, ABŞ

Oxunub: 335
Oxşar xəbərlər
SON XƏBƏRLƏR