dini radikalizm və ekstremizmlə mübarizə

Diplomatik korpus nümayəndələri Bərdə və Tərtərə gedir

Diplomatik korpus nümayəndələri Bərdə və Tərtərə gedir

Azərbaycandakı diplomatik korpus nümayəndələri Bərdəyə və Tərtərə gedir.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də bildirib.
"Ermənistanın günahsız mülki şəxslərə qarşı məqsədli şəkildə həyata keçirdiyi hərbi cinayətləri beynəlxalq mediaya və diplomatik korpusa göstərmək üçün Bərdə və Tərtərə gedirik. Onlara Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər. Diplomatik korpus nümayəndələrinə diqqətləri üçün təşəkkür edirik!", - deyə Hikmət Hacıyev qeyd edib.

Oxunub: 374
Oxşar xəbərlər
SON XƏBƏRLƏR