dini radikalizm və ekstremizmlə mübarizə

"Daha çox yumşaltma barəsində düşünməliyik" - Deputatdan karantin rejimi ilə bağlı AÇIQLAMA

"Daha çox yumşaltma barəsində düşünməliyik" - Deputatdan karantin rejimi ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Almaniyanın Robert Kox institutunun rəhbəri Lotar Viler “COVİD-19” koronavirus infeksiyasının dalğalarla iki il daha sürə biləcəyi ilə bağlı fikir səsləndirib. Pandemiyanın davamiyyəti ona qarşı peyvəndin hazırlanma müddətindən, habelə neçə insanın bu virusa yoluxmasından, neçəsində isə immunitet əmələ gəlməsindən asılı olacaq. Koronavirus pandemiyası iki il davam edərsə, Azərbaycanda karantin rejimi uzadıla bilərmi?

Bununla bağlı KONKRET.az-a fikirlərini bildirən deputat Fazil Mustafa söyləyib ki, koronavirus əgər uzun müddət davam edəcəksə, ümumiyyətlə karantin rejimini ləğv etmək lazımdır:

“Artıq bu virusun da müəyyən dərəcədə kəskinliyinin azalması prosesi də başlaya bilər. Ona görə də biz qaydalara əməl etmək şərti ilə daha çox karantin rejimində yumşalmalara getməliyik. Koronavirusa görə bu qədər məhrumiyyətə getməyin bir mənası yoxdur. Çünki bu xəstəliyə yoluxan insanlar ev şəraitində müalicə olunaraq sağalırlar. Sadəcə insanlarımız üçün ev şəraitində müəyyən proflaktik tədbirlər görülməsini, xəstəliyə yoluxarkən onun daha çox bilgili olmasını təmin etməliyik. Bunu etsək, bu qədər məhdudiyyətlər olmaz. Hədsiz məhdiyyət vətəndaşlarımızı acınacaqlı duruma sala bilər. Bu da bizim üçün böyük rahatlıq yaradar”.

Fazil Mustafa fikrini belə tamamlayıb:

“Vətəndaşın yoxsullaşması ən azı dövlətin iqtisadi qüdrətinin, mənəvi potensialının zəifləməsi deməkdir. Ona görə də ağırlaşdırmaq yolundansa, daha çox yumşaltma barəsində düşünməliyik”.

Oxunub: 566
Oxşar xəbərlər
SON XƏBƏRLƏR