dini radikalizm və ekstremizmlə mübarizə

"İndi Azərbaycan sizsizdir, komandir!”


"Dam başımıza uçanda dağda gözlənilmədən kazarma tikintisi başladı...”-Şəhid generalın əsgərləri...
Moderator.az şəhid general-mayor Polad Həşimovla bağlı əsgərlərinin xatirəsini təqdim edir.

Əsgər Ramil Cabbarov:

-General-mayor Polad Həşimov mənim komandirim idi. Duruşu, danışığı, peşəkarlığı və Vətən sevgisi ilə igid kimi igid idi. Elə bir komandir idi ki, hərbi heyət qarşısında çıxış edəndə içimizdəki vətənpərvərlik hissini elə alovlandırırdı ki, əliyalın düşmən üzərinə qaçmağa hazır idik. Tabora gələndə “ÖNCƏ VƏTƏN!” kəlməsini elə içdən söyləmişdi ki, indiyə qədər səsini xatırlayıram. Vətən səni heç vaxt unutmayacaq, Cənab Komandir!

Əsgər Nicat Həşimzadə:

-Yatmağa yerimiz yox idi. Daha doğrusu bərbad halda idi. Göy rəngli çadırları birləşdirib özümüzə yer düzəltmişdik. Bir dəfə dəhşətli küləkdən dam başımıza uçdu. Sonra gözlənilmədən dağda kazarma tikintisi başladı. Elə bildik ki, nazirlik bizim üçün kazarma tikir. Ancaq kazarmanı hərbi hissə komandiri Polad Həşimov öz hesabına tikdirdi. Öz evi olmayan komandirimiz bizim üçün ev düzəldirdi.
Bizim komandirimiz Polad Həşimov vacib bir postu azad etdiyinə görə, dövlətin şücaətə görə ona verdiyi evi şəhid ailəsinə bağışlamışdı. Daim əsgərinin yanında olan, əsgərinin haqqını qoruyan zabit idi. Biz dağa, maşın qalxmayan yerlərə un, qida, odun daşıyanda, o da çiyinlərində yük bizimlə bərabər dağa qalxırdı. Həmin vaxt polkovnik idi. İndi Azərbaycan sizsizdir, komandir!”.

Mənbə: "Polad Generalımız" kitabı

Oxunub: 514
Oxşar xəbərlər
SON XƏBƏRLƏR