dini radikalizm və ekstremizmlə mübarizə

20 saylı Nərimanov ikinci seçki dairəsindən deputat seçilən Adil Əliyev qanunvericiliyin tələblərinə uyğun olaraq seçicilərinin növbəti qəbulunu keçirmişdir


Djb.az xəbər verir ki, 08.08.2020 ci il tarixində Adil Əliyev deputat seçildiyi 20 saylı Nərimanov ikinci seçki dairəsində qanunvericiliyin tələblərinə uyğun olaraq seçicilərinin növbəti qəbulunu keçirmişdir.
Qəbul zamanı 28 seçici üzləşdiyi müxtəlif növ problemləri səsləndirmiş və onlar tərəfindən qaldırılan sosial, kommunal, infrastruktur, humanitar məsələlər müzakirə edilmişdir. Seçiçiləri narahat edən, sosial, kommunal, infrastruktur və məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar problemlərinin bir qismi dərhal yerindəcə həll edilmişdir.
Habelə seçicilərin kommunal problemlərin aradan qaldırılması, təhsil, işsizlik və digər müraciətləri araşdırılması və zəruri tədbirlər görülməsi üçün aidiyyəti orqanlara göndərilməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda məhkəmə predmeti ilə əlaqədar olan məsələlərlə bağlı seçiçilərə lazımi hüquqi izahlar verildi və tələb olunan sənədlərin hazırlanması qaydası izah olunmuşdur.
Görüş zamanı ölkəmizin koronavirusa qarşı aparılan mübarizənin mühümlüyünü və bu sahədə çox ciddi uğurların əldə olunmasını, büdcədə nəzərdə tutulmuş və onların həyatına təsir edəcək bütün sosial proqramların icra olunmasını, xüsusilə son günlər yoluxanların statistikanda azalmaların olmasına buna baxmayaraq hər kəsin Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün növ tapşırıq və tövsiyələrinə əməl etməyin vacibliyi bildirilmişdir.
Görüşdə iştirak edən vətəndaşlar qaldırılan məsələlərin həllinə görə öz minnətdarlıqlarını diqqətə çatdırmaqla yanaşı Azərbaycan xalqının daim öz rəhbərlərinin yanında olmasını, pandemiyada dövründə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişdirlər.
Keçirilmiş görüş zamanı karantin qaydalarına əməl edilmiş və yekunda aztəminatlı ailələrə sovqat paylanılmışdır.



Oxunub: 593
Oxşar xəbərlər
SON XƏBƏRLƏR