dini radikalizm və ekstremizmlə mübarizə

Nizami rayonunda məmur özbaşınalığı davam edir


Məmurlar Prezidentin tapşırıqların yerinə yetirməməklə onun siyasətinə xəyanət etmiş olurlar.
Bu gün Djb.az-a ünvanlanan şikayət ərizəsi Dövlət başçımızın siyasətinə vurulan zərbələrdən biridir. Koronavirus pondemiyasının tüğyan etdiyi, qonşumuz olan vandallarla mübarizənin ən həssas anında vəzifə səlahiyyətlərindən istifadə edənlərin bir adı ola bilər xəyanətkarlar.
Redaksiyamıza daxil olan məktub bir daha onu göstərir ki, İlqar Bayramov, Arif Qasımov işdən azad edilsə də, oradakı məmurlar vəzifə səlahiyyətlərindən istifadə edərək qeyri qanuni işlərinə davam edirlər.
Nizami Rayon İcra Hakimiyyətinin bəzi məmurlarının etdiyi özbaşınalıqlar, qanunsuzluqlar ölçüyə çığmır. Korrupsiya ilə mübarizənin daha da sərtləşdiyi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması tələbi qoyulduğu halda, hələ də məmurlar Prezidentin çıxışlarından, keçdiyi dərsdən ibrət almır, məmurlara etdiyi xəbərdarlığa ciddi yanaşmırlar.
Nizami-7 MMMC -nin üzləşdiyi məmur özbaşınalığı da heç bir ölçüyə sığmır.
NİZAMİ -7 MMMC fəaliyyəti dövründə inşaat, tikinti, dövlət, eləcə də sakinlərlə heç bir sıxıntı yaşamayıb. Şirkət dövlət pilot layihəsinə əsasən 2017-2019-cu illərdə Nizami rayonu, Mehdi Abbasov küçəsi, 25-38 ci məhəllədə başladığı 3 bloklu binanın tikintisini başa vurub. Həmin binanın baş plan layihəsində ərazidə kommendant və mühafizə xidməti otağının tikintisi də göstərilib. 2017-ci il sənədləşməsinə əsasən rəsmi olaraq belə bir tikintinin aparılmasına icazə verilib. Sonradan Nizami rayon icra hakimiyyəti həmin tikintinin aparılmasına qadağa qoyub. İcra Hakimiyyətinin Təsərrüfat və inzibati şöbə müdiri Taryel Tahirov şirkətin rəhbərliyini boş yerə get-gələ salaraq, tikintiyə icazə verməyəcəklərini deyib və şirkətə müəyyən şərtlər irəli sürüblər. İstəklərinə nail olmayacaqlarını görəndə şöbə rəisi Taryel Tahirov, RJU-nun hüquqşünası Vüqar Həşimovla şirkət rəhbərliyinin ərazidə olmamağından istifadə edərək ərazidə tikilən və artıq su hövzəsi üzərində betonu hörülmüş tikilini söküblər. Bununla da şirkətə xeyli maddi, həm də mənəvi ziyan vurulub.
Nizami-7 MMMC-nin rəhbərliyi bildirib ki, Nizami rayonu icra hakimiyyəti nümayəndələrinin şirkətə qarşı hərəkətləri qoçuluq, xüliqanlıq əməllərindən başqa bir şey deyil.
“Bu söküntü işinin aparılması tamamilə qeyri-qanunidir. Hətta şirkət hər hansı bir qanunsuz tikinti aparsaydı belə, İcara hakimiyyəti, Nizami rayon Mənzil Kommunal Birliyinin icazəsi və əlində məhkəmə qərarı olmadan o tikilini sökə bilməzlər. Amma fakt budur ki, Nizami rayon İcra hakimiyyətinin məmurları heç nəyə məhəl qoymadan, Prezidentin məmurlara ünvanladığı tövsiyyələrə məhəl qoymadan özbaşınalıq edərək qanunsuzluğa yol veriblər. ”
İ.Bayramov bildirib ki, Vuqar Haşımov əvvəlcə şirkətə aid həmin tikilini sökməyə polisi cəlb etməyə çalışıb. Ərazi polisi bunun qanunsuz olduğunu bildirərək, imtina edib və “sifarişçi” tərəfə söküntünün yalnız məhkəmə qərarı ilə aparılmasının mümkün olduğunu deyib. Nizami rayon məmurları söküntü işinin aparılmasının qeyri-qanuni olduğunu bildiyi halda, hüquqşünas Vüqar Həşimov və digərləri öz əməllərini həyata keçiriblər.
İ. Bayramov bütün baş verənlərə istinad edərək bildirib ki, Nizami rayon icra başçısının etdiyi səhvlərə görə vəzifəsindən azad edilməsi bu məmurlara dərs olmayıb.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilsə də, ordakı “dələduzlar vadisi” hələ də qanunsuz əməllərini həyata keçirirlər. Şirkət öz hüquqlarını müdafiə etmək üçün lazimi qurumlara müraciət edəcək.
Hələ ki, Nizami Rayon İcra Hakimiyyətinin özbaşınalığı, qanunsuz hərəkətləri ilə üzləşən şirkət, faktları ictimailəşdirməklə ədaləti bərqərar edəcəyinə ümid edir.

Djb.az



Oxunub: 721
Oxşar xəbərlər
SON XƏBƏRLƏR