dini radikalizm və ekstremizmlə mübarizə

Akardan Bakıya: Türkiyə ordusu hazırdır!

Akardan Bakıya: Türkiyə ordusu hazırdır!

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov Türkiyəyə səfər edib.

Axar.az xəbər verir ki, Ramiz Tahirov Türkiyənin Müdafiə naziri Hülusi Akarla görüşüb.

Görüşdə Hülusi Akar Ermənistanın Tovuzda törətdiyi təxribatlardan söz açıb:

“Biz hər platformada Dağlıq Qarabağın işğalını qəbul etməyimizin mümkün olmadığını söylədik və söyləməyə davam edəcəyik. Bu mövzuda azərbaycanlı qardaşlarımızın, igid insanların göstərəcəyi bütün mübarizədə onlarla bərabər olduğumuzu Türkiyə Prezidenti başda olmaq, hərbçilərimiz də ifadə edir. Türkiyə xalqı da bu hissi və düşüncəni paylaşmaqdadır. Buna görə bütün qəlbimizlə “iki dövlət bir millət” olduğumuza inanırıq. Cənab Ərdoğanın da dediyi kimi, bu, həqiqətən ermənilərin boyunu aşan bir cəhddir. Biz də deyirik ki, onlar bu təxribatlarının altında qalacaq və bunun hesabını verəcəklər”.

Nazir qeyd edib ki, azərbaycanlı qardaşlarımızla bərabərik:

“Türkiyə Silahlı Qüvvələri olaraq nə lazımdırsa, hər şeyi etməyə hazırıq. Bundan heç kimin şübhəsi olmasın”.

Oxunub: 394
Oxşar xəbərlər
SON XƏBƏRLƏR