dini radikalizm və ekstremizmlə mübarizə

BİR ANLIQ DÜŞÜNÜN, ÖLÜM GƏLƏRKƏN TƏK QALACAQSINIZ


Hər bir həkim bir ailənin başçısı olmaqla yanaşı bir ailənin övladıdır. Həkimlərimiz işlədiyi ciddi rejimli iş saatları hər gün daha çox çətinləşir. Onlar evlərinə, aililələrinə, övladlarına bizlərə, sizlərə görə həsrət qalırlar. Koronavirus pondemiyası bəlası Azərbaycanı sardığı gündən onların hər biri usanmadan çalışırlar. Xəstəliyin ciddiyətinə varmayanlara müraciətimsə budur həkimlərə yazığınız gəlməyə bilər, amma özünüzü doğmalarınızı düşünün zaman keçirmək, gəzmək naminə evdən çıxmayın. Karantinin qaydalarına riayət edin.

Bir neçə gün bundan öncə bir həkimin göz yaşı içərisində verdiyi müsahibəsini izlədim.

O deyirdi:- Gözlərimiz önündə cavanlar, yaşlılar dünyaların dəyişir. Gecikmiş müraciət edənlərə kömək edə bilmirik. Axı biz insanıq, yaşamaq istəyərkən ölümə məhkum olmuş insanları izləmək bilirsinizmi necə çətindir? Hər birinin gözündə bir yalvarış, dözə bilmirik. Axı onların hamısının ailəsi var.

P.S. Bir anlıq özünüzü o xəstənin yerinə qoyun və düşünün ki, dərdinizin əlacə yoxdur. Siz heç bir doğmanızla görüşə bilməzsiniz. Son nəfəsinizdə belə sevdikləriniz yanınızda olmayacaq. Ölüm zamanı yetişərkən tək qalacaqsınız. Sevdiyinizin əlini tutub gözlərinə baxa bilməyəcəksiniz.((((

Almaz İlahə

Oxunub: 632
Oxşar xəbərlər
SON XƏBƏRLƏR