"Hələ uzun müddət gigiyenik qaydalara riayət etməliyik. Bu gün, sabah yoluxma ilə bağlı rəqəmlər azaldı deyə, maskanı çıxartmaq, əli dezinfeksiya etməmək tamamilə müzakirə olunmur".
"Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva AzTV-də yayımlanan "Hədəf" verilişində deyib.
Qurum rəsmisi bildirib ki, əgər biz karantin rejimindən mərhələli şəkildə çıxmaq istəyiriksə, bu o deməkdir ki, uzun müddət sosial məsafəyə, karantin qaydalarına əməl etməliyik.
"Bu bizə ciddi problemlər yarada bilər. Çalımalıyıq ki, əldə etdiyimiz nəticəni qoruyaq", - deyə Y.Qarayeva qeyd edib.
Oxunub: 473