dini radikalizm və ekstremizmlə mübarizə

ƏDALƏTLİ İNSANIN ÖZƏLLİKLƏRİ


Gəlin, sizə ədalətli insanın özəlliklərini sadalayım: Ədalətli adam dürüst olur və o, ətrafdakılara zərər verməkdən çəkinir, hər kəsə layiq olanı verər.
Ədalət nədir?
Ədalətli olmaq hamı il eyni şəkildə davranmaq yox, əksinə, hər kəsə haqq etdiyi şəkildə yanaşmaqdır.

Ədalətli adama adil deyirlər. Bir insanın sahib olması vacib olan ən əsas xüsusiyyət onun adil olmasıdır. Ədalətli şəxs haqq və hüquq məsələsində hökm verərkən mütləq və mütləq neytral yanaşar. Hətta öz doğmaları, yaxınları əleyhinə belə olsa, ədalət prinsipindən vaz keçməz. O, öz şahidliyini heç vaxt gizlətməz və insanları aldadıb, onların arasında ayrıseçkilik, diskriminasiya etməz. Nə özünün, nə də yaxınlarının istəklərinə uyğun hərəkət etməz. Hadisə və situasiyalara mənfəət prizması ilə yox, haqq və ədalət prinsiplərini üstün tutaraq yanaşar...(Müəllif anonim)
Bu xüsusiyyətləri özündə birləşdirən insanlardan biri də "Müvvəkil Hüquq Mərkəzi" nin rəhbəri Samad Vekilov dur. Qürur hissi ilə deyə bilərəm ki, məhz bu sahədə HOCAM dediyim, hüquq elmini öyrəndiyim, üzərimdə haqqı olan belə bir insandır. Mən bu gün iki məsul vəzifə ilə yanaşı "Müvəkkil Hüquq Mərkəzi" ndə Ailə, qadın, uşaq hüquqları üzrə departament rəhbəri kimi məsul vəzifəni də üzərimdə daşıyıram və bu gorəvlə gerçəkdən fəxr edirəm. Bu gün 45 illik yubileyini qutlayan sədrimizi təşkilatımız adından təbrik edir, ən xoş arzuları diləyirəm!..

Könül Quliyeva

Oxunub: 431
Oxşar xəbərlər
SON XƏBƏRLƏR