dini radikalizm və ekstremizmlə mübarizə

2 saata Bakını gəzənlər... - Foto

2 saata Bakını gəzənlər... - Foto

Məlum olduğu kimi, aprelin 5-dən etibarən Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlar yaşayış yerini zərurət yarandığı halda yalnız SMS-lə icazə alaraq tərk edə bilirlər.

Qərardan 1 həftədən çox vaxt keçsə də, hələ də icazədən aidiyyatı üzrə istifadə etməyən vətəndaşlar müəyyən edilir. Reydlər zamanı zərurət olmadan evdən çıxan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilirlər.

Ölkədə karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, Bakı küçələrində xeyli vətəndaşa rast gəlinir. Rəsmi məlumatlarda uşaqların və yaşlıların küçəyə çıxmaması tövsiyə edilsə də, paytaxtda kifayət qədər bu təbəqənin də nümayəndəsi var.

“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynalın Bakıdan çəkdiyi fotoları təqdim edirik:



Oxunub: 422
Oxşar xəbərlər
SON XƏBƏRLƏR