dini radikalizm və ekstremizmlə mübarizə

Seçimimizdə yanılmamışıq - Böyük ürək sahibi


Dövlətimizin " Evdə qal salamat qal " tələbi və cağırışı hər bir vətəndaş üçün qanundur.
Bu qanuna əməl etmək hər birimizin , xüsusilə yaşlı nəslin borcudur .
Karantin rejiminə ciddi əməl olunmalıdir ki, bi təhlükə sovuşsun. .
Polis əməkdaşları, əsgərlərimizlə birlikdə gecə -gündüz küçələrdə qanunun aliliyinə əməl edərək əhalini təlimatlandırırlar.
Bu günlərdə
Novruz bayramı ərəfəsində Nərimanov rayonundan seçilmiş və seçicilərinə hər zaman diqqət və qayğı göstərən , onların yanında olan Millət vəkilimiz Adil Əliyev bes yüzdən çox sakinləri , imkansiz insanları bayram sovqatı ilə sevindirmisdi.
Bu gün isə işləmədiyimiz bir gündə Vitse Spikerin qərərgahından mənə zəng gəldi.
Famil İsmayılov idi : Rauf , beş dəqiqəyə düş aşağı. Adil müəllim pay göndərib.
Başqa sakinlərə də aparmalıyıq.
Pulumuzun tükəndiyi bir gündə bu xəbər məni çox sevindirdi.
Millət vəkilimiz Adil Əliyev yenə də xeyirxahlıq missiyasını davam etdirərək Nərimanov rayonunda yasayan sakinləri zəruri ərzaq məhsullari ilə təmin etdi. 2005- ci ildən seçdiyimiz Adil Əliyev elə bir bayram gunləri, elə bir tədbir olmayıb ki, secicilərini, xüsusilə, şəhid ailələrini, əlilləri , kimsəsizləri , imkansız insanları sevindirməsin.
Əlbətdə ki müqəddəs kitablarda buyurulub ki, sağ əlin verdiyin sol əl bilməməlidir. Allah rizası naminə görülən belə nəcib işlər biz sakinlərdə yasamaq hissini daha da artırır.
2005- ci illərdə olan bir xatirə yadıma düsdü.
Adil Əliyevin seçki kampaniyasının qızğın vaxtı idi . Bu sətirlərin müəllifi də ərazi üzrə vəkillərdən biri idim. Tez tez qərərgaha toplaşır, ərazilərdə təbliğat kompaniyası aparırdıq .
Adil müəllimin komandasının ən inanilmış dostlarından olmuş rəhmətlik
Məzahir Gəncəli ( onu da qeyd edim ki Mazan rəhmətə gedəndə də Adil müəllim yas mərasiminin və sair xərclərini də öz boynuna götürərək neçə - neçə insanlara kömək əli uzadan xeyirxah, urəkli oğuldur ) söhbət
edirdi : " Rauf , bir necə il əvvəl olardı. Bir gün Adil müəllimlə Bakının bir kəndinə yolumuz düşmüşdü. Adil müəllim dedi: .- Mazan! Burda maşını əylə. Bu ucuq məscidə girək , ziyarət edək.
Biz Məscidin həyətinə yaxınlasdıq .
Nurani bir kişi bizi qarşıladı. Adil müəllim soruşdu : Avsaqqal, necəsən? Niyə bikef dayanmısan?
Nurani kişi dedi: Bala, niyə bikef dayanmayim ki? Qarabagdan beş nəfər şəhidimiz var . Baş dasın düzəltdirə bilmirik. Kasıb insanlardır.
Adil müəllim dedi : Avsaqqal! Fikir eləmə, düzələr. Allahdan cəmi səhidlərimizə rəhmət diləyirəm, - deyən Adil müəllim tez bir zamanda həmin ərazidə Məscidin həyətiini abadlasdırdı, yerə metlaq döşəndi .Məscidin həyəti hasara alındı. Beş nəfər Səhidin baş daşları düzəldildi.
Adil belə oğuldur."
Düzu o vaxtlar Adil müəllimi indiki qədər çoxları tanımırdı.
Hətta bizim ərazidə yasayan sakinlərin xeyli hissəsi İsa Qəmbərə səs vermək istəyirdilər.
Biz qərargahda Adil Əliyevlə tez- tez görüşürdük. Bir gün Adil müəllimə bu söhbəti xatirladıb jurnalist olaraq bu haqda yazmaq istədim. Adil müəllim dedi : -;" Rauf, hələ tezdir, bir dayan, biz neyləmisik ki. Bu bizim ən azı vətəndaşlıq borcumuzdur. Mən necə rahat yata bilərəm ki kimsə aç susuz qalsın? Bir az işləyək , sağlıq olsun, sonra baxarıq."
Yenə bir xatirə yadıma düşdü. 2005- ci illər idi. Maqsud Əzadə, Xan Şusinski, Sabit Rəhman, Həsən Əliyev, Yusif Vəzir Cəmənzadə və digər küçələr ( ərazilər ) üzrə millət vəkilinin nümayəndəsi olaraq təbligat - təşviqat kampaniyasını davam etdirirdik.Rustəm, Ənvər, Mamed, Sahmar, Elşən və bir neçə yoldaşla ərazilərdə secki platforması ilə seçiciləri məlatlandırırdıq .
Axşam isə qərargaha toplaşırdıq.
Növbəti gündə təzəcə icəri daxil olmusduq ki, Adil Əliyev mənə dedi : Rauf, necədir islər? Niyə dilxorsan ? Təşəkkür edərək dedim: - Adil muəllim! Sabit Rəhman kuçəsində , məhləmizdə 45 yaşlı Zakir adli polis serjantı avtomobilində qəflətən ürəyindən ağrı tutub, rəhmətə gedib.
Ona görə dilxoram.Bu gün üç mərasimidir.
Adil Əliyev tez üzünü usaqlara tutaraq dedi. Bu gün tədbir olmayacaq Raufla gedirik Sabit Rəhman küçəsində dəfn mərasiminə .
Biz təbliğatçılar basda Adil Əliyev olmaqla yas məçlisinə yaxınlasdıq . 10 nəfər təbligatcılarla birlikdə Cadır qurulmuş məclisə daxil olarkən mərhumun qardaşı, dostumuz Tahir müəllim, və kicik qardaşı Sabir çox duyğulandılar.
Mərhumun anası da çox təskinlik tapmişdı .
Gələcəyin millət vəkili Adil Əliyevə hamı mehriban nəzərlə baxırdı.
Adil müəllimin maddi və mənəvi köməkliyi hüzn sahiblərinin də qəlbini ćox sevindirdi.
Bir həftədən sonra secki başladı .
Sizi inandırıram ki, Sabit Rəhman küçəsində yaşayan bütün sakinlər Adil Əliyevə səs vermisdilər.
Belə xatirələrim ćoxdur.
Bu on beş il ərzində Adil Əliyevin xeyirxahlığından yazmaqla qurtarmaz.
Yaxşı yadımdadir .2005- ci ilin sentyabr ayının 25 idi. Adil Əliyevin ad günü idi. Naxćıvanın Maxta kəndindən yaxın qohumu 10-12 kiloqramlıq bir əmlik quzu göndərmişdi .
Axşamtərəfi idi
Biz qərargahda əyləşıb çay ićir, sohbət edirdik.Təbligatçılarla yanaşı, tanınmış insanlar, idmanćılar da Adil Əliyevə təstək verərək onunla görüşməyə gəlirdilər.
Birdən Adil müəllim zala goz gəzdirib üzünü mənə tutaraq dedi : Rauf, sən həyət evində qalırsan, bilirəm ki o məhlədə ćoxlu kasıb insanlar yaşayır. Bu Bəxtiyar bir quzu gətirib mənim ad günümə .Apar , onu kəs, öz adından payla kasıblara.
Həmin gün neçə kasıbın evində qazan qaynadı. Könüllər sevindi.
Onu da qeyd edim ki ,polis sistemində işləmiş Qarabağ müharibəsi veteranı olmuş , rəhmətlik qardaşım Namiq və qaynatası Mayıl əmi məni Adil Əliyevlə tanış etmişdilər. İlk dəfə bu insanla tanış olarkən onda olan nəzakətin, mədəniyyətin, insani keyfiyyətlərin sahidi olmuşdum.
Onu da qeyd edim ki Adil Əliyevin seçki platforması haqda ilk dəfə qəzetdə yazan jurnalistlərdən biri olmağımla bu gün də qürur duyuram.
Əlbətdəki mən bu xatirələri ilk dəfə yazıram. Bəlkə də Adil müəllim bu yazımı oxusa, cap etdirməyə bəlkə də razı olmaz.
Amma bu günku gündə seçicilərini unutmayan Adil Əliyevdən hər bir deputat, icra başçıları, bir sözlə daha imkanlı insanlar nümunə götürməlidirlər.
Mən sakinlər adından Adil Əliyevə dərin təsəkkür edir, can sağlığı arzulayıram.
Cənab Prezidentimizin korono virus təhlükəsi ilə bağlı yardım fonduna etdiyi təmənnasız yardımına da ilk dəfə Adil Əliyevin qosularaq bir aylıq əmək haqqının keçirtməsi imkanlı səxslərə bir mesaj oldu .
Prezident İlham Əliyevin və Azərbaycan birinci vitse Prezidenti Mehriban xanım Əliyevanın xalqa müraciəti bu virusun ciddiliyindən xəbər verir . Hər birimiz xüsusi karantin rejiminə əməl etməliyik. Evdə qalmaqla virus təhlükəsindən qorunmaq məqsədi ilə ölkə başçısı başda olmaqla , vətənimizin belə qeyrətli ogullarının sayəsində yaşamağa dəyər.
Allah dövlətimizi, xalqımızı qorusun.
Allah dünyamızı salamat etsin.

Rauf İlyasoğlu,
Nərimanov rayonu,
İkinci qrup əlil,
Şair - publisist





M. Əlizadə küc .

Oxunub: 586
Oxşar xəbərlər
SON XƏBƏRLƏR