dini radikalizm və ekstremizmlə mübarizə

20 saylı Nərimanov rayonu ikinci seçki dairəsindən Milli Məclisə deputatlığa layiqli namizəd Adil Əliyevin 25.01.2020-ci il tarixində seçicilərlə ilk görüşündə seçici Kamran Ağamirovun çıxışı


Hörmətli Seçicilər!
Mən çıxışımın əvvəlində deyim ki, mənim çıxışımın hər bir kəlməsi ürəyimdən gələn səmimi sözlərdir. Ona görə oxuyuram ki, birdən Adil Əliyev haqqında deyilən bəzi məqamlar yadımdan çıxar. Sonra özümü narahat hiss edərəm. Mən Ağdam rayonundanam. Özüm də müxtəlif vəzifələrdə işləmişəm. Əmək və müharibə veteranıyam. Bir cür çıxmasın mən tanınan adamam. Tanıdığım dost-tanışlarımın, əksəriyyəti Adil Əliyevin dostları və yaxınlarıdır. Və bu deputatlığa namizədlik kompaniyasında onu bir mənalı olaraq hamı dəstəkləyir. Adil Əliyev üçün bölgə yoxdur. Bütün Azərbaycanın əksəriyyət əhalisi onun dostu və yaxınlarıdır. Deməli Adil Əliyev qeyri-adi və nadir insanlardan biridir. Mənim bura gəlib Adil Əliyev haqqında və onun kim olduğu barədə, əsl həqiqətləri deməyə vadar edən səbəb ürəyimdən gələn təbii istək və arzularımdır. Heç bir təmənnam və məqsədim yoxdur. Mənim bu yaşımda məqsədim Adil Əliyev şəxsiyyətinə və onun fəaliyyətinə düzgün və haqlı qiymət verməkdir. Mənim onun fəaliyyətinə, insanlığına, mənəviyyatına deyəcəyim müsbət qiymətlər onun geniş əhatəli fəaliyyətinin və gördüyü işlərin az bir hissəsidir. Onu da deyim ki, Adil Əliyev imanlı insan olaraq Allaha və onun dininə bağlı adamdır.
Adil müəllim çox təhsil ocaqlarını bitirmişdir. İdman təmayüllü internat məktəbindən başlamış sonra ali təhsil almışdır. Bakı Dövlət Universitetinin magistraturasını da bitirmişdir. O, Sankt-Peterburq şəhərində Frunze adına ali hərbi dənizçilik akademiyasını bitirmişdir. Daha sonra ali polis akademiyasını da bitirmişdir. Mən deyərdim ki, Adil müəllim dostluq akademiyasını, insanlarla xoş ünsiyyətlilik, səmimiyyətlilik, səxavətlilik, əliaçıqlılıq, insanlıq, mənəviyyatlılıq, insanpərvərlik, vətənpərvərlik və dövlətçilik akademiyasını da bitirmişdir.
Böyük Rus yazıçısı Maksim Qorki deyirdi: Mən özüm üçün yaşayıramsa kimə lazımam. Bu misalın tam əksi olaraq deputatlığa namizəd Adil Əliyev özü üçün yaşamır. O, xalqı üçün, vətəni üçün, dövlətçiliyimiz üçün yaşayır.
Adil müəllim deputat olduğu müddətdə xalq üçün çox iş görmüşdür. 15 mərasim zalı, binalar arası daxili yollar, səkilər çəkilib asfaltlanmışdır, abadlıq işləri görülmüşdür. Uşaqlar üçün əyləncə yerləri, oturub dincəlmək üçün skamyalar, besetkalar, içməli su bulaqları və s. Sonra xəstələrə, kasıblara, imkansız ailələrə, qaçqın və şəhid ailələrinə, sərhəd rayonlarında hərbiçilərə yardım əlini əsirgəməyib, köməklik göstərmişdir. Mən deyərdim ki, əsl xalq məhəbbətini qazanmaq üçün bunlar kifayətdir. Xaricdə dövlətçiliyimizin qorunub saxlanılması naminə də çox işlər görmüşdür. Adil Əliyev xarici ölkələrə səfərlər edir, Azərbaycanın daxili və xarici siyasətini təbliğ edir. O cümlədən dövlətimizin təhlükəsizlik məsələləri üzrə iş aparır. Lobbiçilik və diasporlarla da fəal iş aparır. Adil Əliyev Milli Məclisdə deputat olduğu illərdə Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyalarının üzvü olmuşdur. Adil Əliyev Azərbaycan, Hollandiya, İndi Niderland Parlamentlər arası dostluq qrupunun sədri olub. Adil Əliyev kikboksinq idman federasiyasının prezidentidir. Bu sahəyə rəhbərlik etdiyiniz dövrdə vətənə yalnız peşəkar idmançı deyil, həm də peşəkar hərbiçilər yetişdirmişdir. Gələcək üçün həmin kikboksçular hərbi xidmətə çağırılaraq vətənin keşiyində duran peşəkar əsgər və yüksək rütbəli hərbi zabitlər kimi dayanacaqlar. Ümumiyyətlə mən cəsarətlə və sübutlarla deyə bilərəm ki, Adil Əliyev böyük bir şəxsiyyət olaraq qazandığı halal pulunu Azərbaycan Respublikası dövlətçiliyimizin qorunub saxlanılması yolunda, xalqın yolunda, Allah yolunda xərcləməyi əsirgəməmişdir. Bütün bu çoxşaxəli çətin işlərin görülməsini dildə demək çox asandır. Amma bu işlərin görülüb başa gətirilməsinə küllü miqdarda vəsait və illərlə vaxt əmək sərf etmək lazımdır. İnsanların varlığı onun var dövlətinin xərclənməsi dərəcəsi ilə ölçülür. Əgər o varlı adam özündən başqa heç bir kimə əl tutmursa, yardım etmirsə, hər hansı bir formada bir işə yaramırsa onun nəyi varlıdır. O, ən kasıb adamdır. İnsanın var-dövləti və pulu olmaqla deyil, onu xərcləməyə ürək lazımdır. O ürək də Adil Əliyevdə. Allah onun başından töksün. Ona görə də Adil Əliyev gördüyü işlərə görə həm Azərbaycan dövlətinin yanında, həm xalqının yanında, həm də Allah yanında böyük hörmət sahibidir. Belə bir hörmət və izzət sahibi olmaq hər oğulun işi deyil.
Adil Əliyev həm də nurlu bir insandır. Allah onun üzünə bir Peyğəmbər nuru verib, ona yüksək səviyyədə insanlıq, xoş xasiyyətçilik və xoşagəlimlilik verib. Adil Əliyevlə münasibətdə olan adam daha çox yaşamaq istəyir. O, vətənini sevən bir insandır.
Azərbaycanın məşhur qəzəlxan şairi Hacı Mail deyirdi: Hər kəs sorsa Mailin ünvanını, o kəsə deyin Mailin ünvanı vətəndir. İndi deputatlığa namizəd xalqın sevimlisi Adil Əliyevin ünvanı Vətəndir! Azərbaycandır!
Birmənalı olaraq deyirəm, Adil Əliyev birinci növbədə Heydər Əliyev siyasətinin və bu siyasətin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyən və ona sadiq qalan bir şəxsiyyətdir.
Bu dediklərimi nəzərə alaraq 20 saylı Nərimanov ikinci seçki dairəsindən bütün seçiciləri Milli Məclisə deputatlığa namizəd Adil Əliyevə 9 fevral 2020-ci il tarixində səs verməyə çağırıram.
Yekunda Milli Məclisə deputatlığa namizəd Adil Əliyevə gələcək fəaliyyətində uğurlar, müvəffəqiyyətlər və ən əsası can sağlığı arzu edirəm. Allah onu pis gözdən və nəzərdən saxlasın. Amin! İnşallah!

Əmək və müharibə veteranı: ​​​Seyid Kamran Ağamirov

Oxunub: 748
Oxşar xəbərlər
SON XƏBƏRLƏR