dini radikalizm və ekstremizmlə mübarizə

" Ermənilər ermənistan axtarışında " kitabının təqdimat mərasimi


Yanvar ayının 6 da
" Azərkitab " kitab ticarəti mərkəzində gürcü yazıçısı Quram Marxuliyanın rus dilindən çap olunmuş " Ermənilər ermənistan axtarışında" kitabının Azərbaycan İqtisadiyyat Universitetinin baş muəllimi Əsli Xanhüseyn qızı Kazımova tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş və tarixi faktlarla zəngın bu kitabın təqdimat mərasimi keçirilmişdir. Tədbiri " Azərkitab" kitab ticarəti mərkəzinin layihə rəhbəri Sabir Həsənov açaraq istirakçılarını salamlayaraq kitab haqda qısa məlumat verdi və tədbiri aparmaq ücün sözü kitabın tərcüməçisi Əsli xanıma verdi.
Əsli Kazımova tədbir istirakçılarına təsəkkürünu bildirdi və kitabın müəllifi olan gürcü yazıçısının fəaliyyətinı yüksək qiymətləndirdi.
Əsli Kazımova sözünə davam edərək dedi : - Oxuculara təqdim olunan 384 səhifəlik bu kitabda gürcü tarix elmində ilk dəfə " erməni məsələsi" deyilən məsələ ilə bağlı tarixi problemlər barəsində kök salmış fikir və təsəvvürlər araşdırılır. Geniş elmi ədəbiyyat və sənədli mənbələr əsasında müəllif ermənilərin ərazi iddialarının tarixini və onların təcavüzkarlıq planlarını ışıqlandırır. Tədqiqatda Azərbaycan ərazisində " erməni vilayəti " nin təşkili , Cənubi Qafqazda gürcülərin və azərbaycanlıların tarixi torpaqları hesabına erməni dövləti yaradılmasının ilkin şərtləri öyrənilir , bu dövlətin mövcudluğu ərzində keçdiyi yol, ermənistanın meydana çıxması faktının tarixi hadisələrin gedişinə təsiri tədqiq edilir.
Üç dəniz arasında təsəvvür etdikləri " böyük ermənistan" uğrunda ermənilərin mübarizəsinin mühüm aləti olan tarixin saxtalaşdırılmasına əsərdə xüsusi diqqət yetirilmişdir. Kitabın müəllifi son yüz il ərzində Türkiyə, Azərbaycan və Gürçüstan ərazisində ermənilərin törətdikləri vəhşilik əməllərini dünya ictimaiyyətinə çatdırır, erməni seperatizminin və terrorizmin köklərini üzə çıxarır , qonşu xalqların tarixi torpaqları barəsində erməni dövlətinin ərazi iddialarının əsassız olduğunu göstərir.
Sonra Əsli Kazımova sözü tarixçi alim,professor, dəyərli kitablar muəllifi , sabiq millət vəkili Həvva Məmmədovaya verdi .
Həvva xanım geniş , təhlili və əhatəli çıxış edərək ermənilərin saxtakar , fitnəkar fəaliyyətini, məkirli cirkin ,isğalçılıq siyasətini pisləyərək tarixi faktlarla tədbir istirakçılarına çatdırdı . Professor vurguladı ki ermənilər tarix boyu türklərə qarşı fitnəkarlıq törətmiş və tariximizin qaranlıq səhifələri bir muddət gizli saxlanılmışdır. Azərbaycan mustəqillik əldə etdikdən sonra uzun illər xalqdan gizlədilən və oxunması qadağan edilmiş M,S,Ordubadınin " Qanlı illər " və Mir Mövsüm Nəvvabın əsərlərı yenidən çap olunmusdur.
Xocalı sakini Durdanə xanım 8 gün erməni əsirliyində ən dəhsətli işgəncələrə məruz qaldıgıni bildirdi. Xocali sakini vurğuladı ki erməni quldurlarının cinayətləri və insanlığa siğmayan vəhsilikləri barədə " Erməni zindanında 8 gün " adlı kitab yazdım. 1000 tiraj Azərbaycan dilində, 10 min tiraj isə türk dilində çap olununaraq kitabım yayıldı .
Heydər Əliyev Fondunun birinci vitse prezidenti Leyla xanım Əliyevanın təşkilatcılıgı və qaygısı sayəsində kitab rus dilinə tərcümə olunmuş və rus dilli oxuculara kutləvi tirajla yayımlanmısdır.
Tədbirdə sair - jurnalistlərdən Gulzar Səmkirli , Rauf İlyasoglu , Nəcibə İlkin, Azərbaycan Texniki Universitetinin müəllimi Səmayə Şahnəzərova, huquqsunas Səadət Muslümzadə , Azərbaycan İqtisad Universitetinin tələbəsi İsmayıl Huseynzadə və basqaları vətənpərvər ruhlu çıxış etdilər və kitabın rus dilindən Azərbaycan dilinə tərcümə olunmasında böyük zəhmət çəkmiş Əsli xanıma minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda Əsli Kazımova hər kəsə təşəkkürünü bildirdi və tədbir istirakçılarına kitablar hədiyyə olundu.

Rauf İlyasoğlu




Oxunub: 566
Oxşar xəbərlər
SON XƏBƏRLƏR