dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan, Türkiyə və Gürcüstan Xarici İşlər nazirlərinin Tbilisidə keçiriləcək görüşünün vaxtı müəyyənləşib



Azərbaycan, Gürcüstan və Türkiyənin Xarici İşlər nazirlərinin 8-ci üçtərəfli görüşü dekabrın 23-də Tbilisidə keçiriləcək.

Elmar Məmmədyarov, David Zalkaliani və Mövlud Çavuşoğlunun üçtərəfli formatda keçiriləcək görüşündə tərəflər birgə həyata keçirilən iqtisadi layihələrə, gündəlikdə duran digər məsələlərə dair fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, Tbilisidə bu il oktyabrın 16-da keçirilməli olan üçtərəfli görüş Türkiyə tərəfinin müraciəti əsasında təxirə salınmışdı.

Bu formatda XİN başçılarının son - yeddinci üçtərəfli görüşü ötən il oktyabrın 29-da İstanbulda keçirilib.

Üçtərəfli formatda ilk görüş 2012-ci ildə Türkiyənin Trabzon şəhərində baş tutub.

Oxunub: 523
Oxşar xəbərlər
SON XƏBƏRLƏR