dini radikalizm və ekstremizmlə mübarizə

ŞAİRƏ NƏCİBƏ İLKİN SOSİAL ŞƏBƏKƏDƏ ƏDƏBİYYATIN QARA LƏKƏLƏRİNDƏN SÖZ AÇDI


Bildiyiniz kimi son illər musiqimizdə, ədəbiyyatımızda, incəsənətimizdə bayağılıq baş alıb gedir.
Bu gün sosial şəbəkədə həmkarım, yüzlərlə kitabın elmi refaktoru olmuş şairə, yazıçı publisist Nəcibə ilkinin yazdığı tənqidi oxudum. Yazdıqlarının hər biri həqiqət idi. AYB nin üzvü olmaq buqədər asanlaşmışsa AYB nin məsul şəxsləri nə üçün onlarla kitabları olan yazıçılarla maraqlanmırlar?
Acınacaqlı haldır, ədəbiyyata qara ləkə olanlar şeirdən, nəsrdən anlayışı olmayanlar TV konallarında gündəmdən düşmürlər.
Deyirəm görəsən teleradioşurası hara baxır? Nə üçün verlişlər nəzarətə alınmır.
Nə isə dərd böyükdür hansını deyib, hansını yazasan.
Şairənin yazısını olduğu kimi oxucularımızın nəzərinə çatdırırıq.
Sabahiniz xeyir. Əziz dostlar xahis edirəm haqq səsinizi ucaldln. Televizora vaxt azlıgindan arada bəzi ictimai ədəbi musiqili verilislərə baxıram. Bu verilişlərdən biri də Dunta tv nin "Axsama dogru" verilişidir. Aparıcı çox hörmət etdiyim, gözəl mugənnimiz Qacar Qedirdi. Dünən baxdığım verilişi isə məni soka saldı. Veriliş yox, əslində orda "seir" deyen, "sairə" Kifayet adli qadin. Hələ də şokdan ayılmamışam. Başıma çökən duman bir az cəkilib deyə sizlərə yazdım. Bəlkə deəə çoxunuz baxmısınız, bilmirəm. Çox böyük biabırcılıq. Kifayıt adli bir qadin guya dahilərimiz Nəsimiyə, Nizamiyə həsr etdiyi "seirlərini" oxuyurdu.
Donub qaldim. Ilahi bunun yazdigi nə idi, bilmədim. Bircə onu bildim ki, seir adlı orda hec ne yox, ne qafiyə ne bolğu. Nə də hec nə.... söz də yox....Bu ədəbiyyatı, çeiriyyatı niyə bu gunə qoyurlar? Bilirəm ki, Nizami ilə Nəsiminin qəbri də od tutdu yandi. Bizim qəlbimiz kimi. Bəzi yerlərdən məlumat aldim ki, hemin xanim AYB nin uzvudur. Deli olmaq dərəcəsinə gəldim. Bu nə demək, bu nə rüsvaycılıq. Belə alaqotuları kim uzv edir, kim efirə çıxarır? Bunlarin arxasında kim dayanir? Ədəbiyyatımızı, efirimizi kim bu gunə salir? Bunlarin utanan uzu, agriyan qəlbi yoxmu? Ictimaiyyətin qarşısına belə abırda cixmaq ədəbiyyatımıza təhqir deyilmi? Məgər ora çıxası şairlərimiz yoxmu? Bütün mənəviyyatimizi pula satib, hara gedirik?

Almaz İlahə
Djb.az, Təsisçi

Oxunub: 543
Oxşar xəbərlər
SON XƏBƏRLƏR