dini radikalizm və ekstremizmlə mübarizə

Hər zaman Şəhid və aztəminatlı ailərinin idmaçıların yanında olam millər vəkili...


25 Sentyabr - Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı "İgidliyəgörə" dövlət mükafatı ilə təltif edilmiş Adil Əliyevin 50 illik yubileyidir!

Adil Abış oğlu Əliyev 25 srntyabr 1969 - cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. 1987 - ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992 - ci ildən İdman Ustasıdır. 1992 - ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M.V.Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib. 1992 - 1993 - cü illərdə Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib.
1994 - 2003 - cü illərdə Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə Bakı şəhəri Səbail rayon 39 - cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi işləyib. 1998 - ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 2000 - ci ildə "Polis Əlaçısı" olub.
2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir. 2003 - cü ildə polis polkovnik - leytenantı rütbəsinə layiq görülüb. 2004 - cü ildə 2003 - 2005 - ci illərdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16 - cı bölməsinin rəisi işləyib.
2005 - ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "İgidliyə görə" dövlət mükafatı ilə təltif edilib. 2009 - cu ildə MDB Müdafiə və Təhlükəsizlik Komitəsinin Sədr müavini işləyib.
2009 - cu ildə Kikboksinq üzrə veteranlar arası Dünya Çempionu olub. 20 saylı Nərimanov II seçki dairəsindən 2005 - ci ildə III çağırış, 2010 - cu ildə IV çağırış və 2015 - ci ildə V çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. 2005 - 2010 - cu illərdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycan - Hollandiya parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan - Rusiya, Azərbaycan - Ukrayna, Azərbaycan - Almaniya və Azərbaycan - Türkiyə parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun üzvü olub.
2010 - cu ildə BDU - nun aspiranturasını bitirib. 2012 - ci ildə çap olunmuş "Erməni soyqırımı: mif və gerçəklik" adlı kitabın ingiliscədən azərbaycan və rus dilinə tərcuməsinin ideya müəllifi olmuşdur. Kitabda uydurma erməni soyqırımı tarixi faktlarla ifşa olunur, qonşularımızın Azərbaycan və Türk xalqlarına qarşı apardığı terrorçu siyasətdən bəhs edilir.
2012 - ci ildə "Kütləvi iğtişaş əməlləri ilə mübarizənin cinayət - hüquqi və kriminoloji problemləri" adlı monoqrafiyası işıq üzü görmüşdür. Monoqrafiya kütləvi iğtişaş əməlləri və kriminoloji problemlərin tədqiqinə həsr edilmişdir.
09 aprel 2013 - cü ildə hüquq üzrə Fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Ailəlidir, üç övladı var.
General - leytenant Məhərrəm Əliyev Adil Əliyevin qardaşıdır.

Oxunub: 622
Oxşar xəbərlər
SON XƏBƏRLƏR