dini radikalizm və ekstremizmlə mübarizə

ADİL ƏLİYEV BU AD ÇOXLARINA TANIŞDIR


ADİL ƏLİYEV - bu ad çoxlarına tanışdır. Kimisi onu millət vəkili, kimisi idmançı, kimisi isə humanist, xeyriyyəçi insan kimi tanıyır.

Bəli, Adil Əliyev özündə bir çox müsbət keyfiyyətləri birləşdirir. Bu gün Adil Əliyevin şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıdan danışacağıq. Mətbuata verdiyi müsahibələr, sosial şəbəkədəki paylaşımları, əslində, bu qayğının haradan qaynaqlandığını deməyə əsas verir. Bəli, bu qayğı öz millətinə, dövlətinə və dövlətçiliyinə sadiqliyin nişanəsidir. Prezident cənab İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva daima bu təbəqədən olan insanları diqqətdə saxlayır, bir an belə qayğıdan, nəvazişdən məhrum etmirlər.
20 saylı Nərimanov 2-ci seçki dairəsindən deputat seçilən Adil Əliyev də atdığı humanist addımlarla dövlətin daima bu həssas təbəqənin yanında olduğunu cəmiyyətə aşılayır.
Daima ad günlərini cəbhə bölgəsində keçirən, düşmənlə üz-üzə mübarizə aparan əsgərlərimizə etdiyi çıxışlarında ruh yüksəkliyi yaşadan Adil Əliyevin 50 illik yubileyidir.
Bu yubiley münasibəti ilə Adil bəyi ürəkdən təbrik edir, ona həyatda can sağlığı, işlərində uğur və qalibiyyət arzu edirik. Dəyərli Adil bəy, növbəti ad gününüzü Qarabağımızda qeyd etmək arzusu ilə...

Ad gününüz mübarək!!!


Almaz İlahə
Djb.az, Təsisçi

Oxunub: 661
Oxşar xəbərlər
SON XƏBƏRLƏR