dini radikalizm və ekstremizmlə mübarizə

LERİK RAYONUNDAN ŞOK GÖRÜNTÜLƏR, VƏTƏNDAŞLAR FƏRYAD EDİR


Ümid Tv Azərbaycan kanalının əməkdaşları bir qrup vətəndaşların müraciəti əsasında Lerik rayonuna ezam olunublar.

UTVİNFO Ümid Tv Azərbaycan kanalına istinadən xəbər verir ki, vətəndaşların şikayətləri əsasən qaz, su, yol problemləri və yerli icra orqanlarının vətəndaşların problemlərinə əhəmiyyət verməməsi ilə bağlı olub. Rayon sakinləri qəsəbədə bazarın və avtovağzalın olmamasından, küçə bir çox küçə yollarının bərbad vəziyyətdə olmasından, suyun fasilələrlə verilməsindən, rayon rəhbərliyi ilə görüşə bilməmələrindən şikayətləniblər. Kanalın lentə aldığı görüntülərdən görünür ki, həqiqətəndə Lerik rayonunda vəziyyət qənaətbəxş deyil.

Şikayətçilərin bir qrupu isə Lerik rayonunun Şinəband və Orand kənd sakinləri olub. Sakinlər bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinin Sərəncamına əsasən Lerik-Şinəband-Orand-Nuravud kəndlərinə gedən yolun əsaslı təmiri üçün 13 milyon vəsait ayrılıb. Lakin bu kəndlərə gedən yolların əsaslı təmirindən əsər əlamət belə yoxdur. Kadrlardan da görünür ki, yolların bir hissəsi təmir olunaraq asvalt döşənmiş, çox hissəsinə isə asvalt döşənməmişdir. Sakinlər buna etirazlarını bildirsələrdə müxtəlif bəhanələrlə qarşılaşırlar. Şikayətçilər qeyd edirlər ki, onlara rayon İcra hakimiyyətindən yolun təmirinin başa çatdığı bildirilib. Sakinlər isə iddia edirlər ki, ölkə başçısının yolların əsaslı təmiri üçün ayırdığı vəsaitə məqsədyönlü şəkildə qənaət olunur.

Ümid Tv-nin əməkdaşları məsələyə rayon icra hakimiyyətindən aydınlıq gətirilməsini istəyiblər. İlk əvvəl rayon İcra hakimiyyətindən yol təmir işlərinin yekunlaşdığı bildirilib. Daha sonradan yol təmir işlərinə məsul olan şəxs tərəfindən bildirilib ki, hələ yolun təmir işləri davam edəcək. Vətəndaşları isə “NƏ ZAMAN” sualına cavab maraqlandırır. Bu suala isə cavab verən tapılmayıb. Ümid Tv-nin məlumatına görə, Dövlət vəsaiti hesabına əsaslı təmir olunmalı olan Şinəband-Orand-Nuravud yolları ilə bağlı vətəndaşların haqlı narazılıqlarını diqqətdə saxlayacaq.

Lerik rayonunda problem təkcə yollarla bitmir. Şəhid ailələrinə münasibət demək olar ki, xoşgələn vəziyyətdə deyil. Lerik rayonunun Cəngəmiran kəndində şəhid ailəsinin ürəkağrıdan ifadələri rayon rəhbərliyinin şəhid ailələrinə necə münasibət bəsləməsindən xəbər verir. Şəhid ailəsi şəhidin adına inşa edilən fərdi yaşayış evinin çökməsindən narahatlığını ifadə edərək rayon rəhbərliyindən köməklik istəyir. Ən xoşagəlməz hal odur ki, yerli icra orqanının məsul şəxsləri köməklik göstərmək əvəzinə, şəhid ailəsini borclu çıxardırlar.

Lerik rayonunda ümumi vəziyyətə nəzər salanda rayonda hər hansı bir inkişafdan danışmaq mümkün deyil. Doğurdanda narazı qalan vətəndaşlar qədər bizi də bir sual düşündürməyə başladı. Görəsən rayonun məsul şəxslərinin başları nəyə qarışıb? Bu rayondan seçilən deputatın öz seçicisindən xəbəri varmı? Əslində bu suallara qısaca cavabı Ümid Tv Azərbaycan kanalının Leriklə bağlı anons xəbərindən tapmaq mümkündür.

Lakin həftənin bazar günü Ümid Tv kanalında yayımlanacaq həftə sonu proqramında, saat 21:00-da Lerik rayonunda baş verənlərlə bağlı görüntüləri ətraflı izləyə biləcəksiniz.

UTVİNFO xəbər

Anons xəbər videosunu təqdim edirik:

Oxunub: 496
Oxşar xəbərlər
SON XƏBƏRLƏR