AMEA-nın elmi-tədqiqat müəssisələrində direktor vəzifəsini tutmaq üçün namizədliyini vermiş 17 nəfərin adları məlum olub.
Bu barədə APA-ya AMEA-nın akademik-katibi, Elm və təhsil baş idarəsinin rəisi Əminağa Sadıqov məlumat verib.
Onun sözlərinə görə, AMEA-nın elm-tədqiqat müəssisələrində direktor vəzifəsini tutmaq üçün sənədlərin qəbulu iyunun 11-dən iyulun 11-dək davam edib.
Qeyd edək ki, AMEA-nın 17 qurumunda direktor vəzifəsinə namizədlərin hamısı hazırda həmin qurumların direktorudurlar.
Oxunub: 453