dini radikalizm və ekstremizmlə mübarizə

QAZİMİZİN SİZİN DƏSTƏYİNİZƏ EHTİYACI VAR


Fotoda gördüyünüz şəxs Qarabağ müharibə veteranı Sahil qəsəbəsi sakini Qasimov Ziyəddin Fazil oğludur. Müharibədən aldığı zədələrin fəsadı davamlı aramsız artmağa başladığı göz önündədir.

Şəhid oğlu Xəyal Rəşid Bağırov veteranımızı ziyarət etmişdir. Söhbət əsnasında niyə əlaqədar təşkilatlara müraciət edərək kömək istəmədiyi sualı verməsinə baxmayaraq o, susmağa üstünlük vermişdir. Susmasının səbəbi isə yəqin ki, etdiyi müraciətlərin hər zaman cavabsız qalmasıdır. Xəyal qardaşımız veteranımızın şam kimi əriməsini sakitcə izləyə bilməyəcəyini qeyd etmişdir. O, eynizamanda əlaqədar təşkilatlara üz tutaraq yardım etmələrni xahiş edir...


P.S. Biz də imkanlı bacı qardaşlmızdan qazimizə kömək etmələrini xahiş edirik.

Aidiyyati qurumlardan xahiş edirik ki, Qazimizə sahib çıxsınlar. Kim nə kimi kömək edərsə Allah razı olsun.
Vətənə xidmət edən sağlamlığını Azərbaycanın torpaqlarının qorunması uğrunda itirən qazimizin hər birimizin boynunda haqqı var. (051)-608-52-44 qazimizin əlaqə nömrəsidir.


Almaz İlahə

Oxunub: 486
Oxşar xəbərlər
SON XƏBƏRLƏR