dini radikalizm və ekstremizmlə mübarizə

SAMİR GEDİŞİYLƏ HƏR KƏSƏ BİR DÜNYA AÇDI

SAMİR GEDİŞİYLƏ HƏR KƏSƏ BİR DÜNYA AÇDI
Dünya səndən heç xoşlanmam,
Andın yalan,vədin yalan heç olmaya
Gəl ha gəlin çox gözəldi,
Get ha gedin heç olmaya.
Əsədullayevlər ailəsində Samirində gəlişi toy bayram olmuşdu. İlk nübarları idi Samir. İlk övlad sevgisi fərqli olar. İnsana analıq, atalıq duyğusunu yaşadan övlad bir başqa olar valideynin həyatında. Samir dünyaya gələndə Pakizə xanım çox gənc idi, özü bir körpə ikən bir körpənin anası olmuşdu. Elman isə ģənc olmasına baxmayaraq hər zaman ağsaqqallıq etməyi bacarmışdır.
Elman qardaş Samirinin boya-başa çatmasının canlı şahidi ola bilmədi. Vətəndən çox-çox uzaqlarda Azətbaycanın hüdudlarından kənarda çalışdı şirkətlər qurdu, qazancını müəyyən insanlar kimi banklara yatırmadı. O, harda olmasından asılı olmayaraq Vətən üçün, Vətənin övladları üçün çalışdı. Elman Əsədullayevin bir çoxlarından gizlətdiyi həqiqətləri mən yazaraq ortaya çıxardım özü XTQ ilk əskərlərindən olmuş Qazimizdir. O,Vətənin qanlı-qadalı günlərində döyüşlərdə oldu əsgər yoldaşlarının ölümünə şahid oldu, otdan alovdan keçdi. Atəşkəsdən sonra Azərbaycanı tərk etdi. Samirinin anasını tək qoyduqda da ona hər zaman dedi. Mənim qeyrətli xanımım mənim tək səni övladlarımı düşünməyə haqqım yoxdur. Arzuları yarı qalan şəhid qardaşlarımın arzularını həyata keçirmək üçün, şəhidlərimi yaşatmağım üçün mən sizlərə, siz isə mənə həsrət qalmalısınız. Belə də oldu Samir və qardaşları atasını illərlə görmədi, son illər Elman Vətənə döndü və gönüşüylə də xarüqələr yaratdı. Layihələri ilə Şəhid parklarının tikilməsinə imza atdı.
İllər öncə şəhid olmuş qardaşlarının məzarlarını araşdıraraq onları abadlaşdırdı. Və biz Şəhid tədbirlərinin təməlini o gqnlırsən qoyduq. Ucqar dağ kəndləri bizi qorxutmadı. Ayaq dəyməyən şəhid evlərinə üz tutduq. Biz Şəhid ruhlarını sevindirmək üçün öz ailələrimizi unutduq. Hər birimiz Şəhid ruhunun xidmətçisi olduq. Samir belə bir atanın oğlu idi. Samir belə bir atanın qanın daşıyaraq qeyrətli bir qadının tərbiyyəsin almışdı. Tədbirlərimizdə bizimlə çiyin-çiyinə addımlayan Samirimiz komandamızın kiçiyi idi. Ağıllı dərrakəli tərbiyyəli bir övlad idi. Ali məktəbə sənədlərini vermişdi imtahanların cavabın gözləyirdi. Az bir zamanda onun qazandığı bal açıqlanacaq o hansı unversitetin tələbəsi olduğu bilinəcək.
Amma Samir nə tələbə biletini alacaq, nə də arzuladığı Unversitetin kolidorların gəzəcək.
Çox qeyrətli idi bizim Samirimiz ölümündən bir gün əvvəl atası ilə qərar verirlərTərtərdə şəhid olan Şəhid Samirin anasının ziyarətinə gedəcəkdilər və Samir Şəhid Samirin anasına oğulluq edəcəyini bəyan edəcəkdi. Bu necə acı bir taleh Allah Şəhid anasına ikinci bir Samirin oğulluq edəcəyimə izin vermədi. Samir nəqliyyat terrorunun qurbanı oldu. Samirin gedişiylə neçə arzular söndü o, xarüqələr yaradacaq bir gənc idi. Onun müəllimi atası oldu, atasının hər bir atdığı müdrük addım ona bu həyatda necə yaşayacağını öyrədirdi. Artıq uşaq yaşlarından hərbi geyimdə şəhid məzarlarında şerlər söyləyən Samir kiçik qardaşlarınada örnək idi. İndi görün nə qədər arzular çiçək açmamış soldu. Bu da Elman qardaşımızla Pakizə gəlinimizin sınağı oldu. Çox ağır sınağdı. Elman Əsədullayev Şəhid analarının oğlu, şəhid atalarının qardaşı, sirdaşı oldu, Pakizə gəlinimi isə Şəhid valideyinlərinin gəlini olarq gecə gündüz bilmədən onların xidmətində duraraq onların gözlərinin yaşını sildi, dərdlərinə məlhəm olmağa çalışdı. Artıq o da bala dərdli bacılarının sırasına qatıldı.
Amma fələklə heç razılaşmıram. Axı Pakizə Şəhid analarının gəlini olmaqla zatən bizlərin sırasında idi. Ondan da övladını almaqla Pakizə gəlinə qarşı haqqsızlıq etmədimi?
Amma Fələyə üz tutaraq deyirəm: fələy gəl sən belə sevinmə, Elman Əsədullayevin balasın əlindən almaqla əyə bilərsən, amma onu sındıra bilməzsən. O bir yaydır ki, əyilər amma əsla sınmaz. Onu Şəhid ruhları qoruyur. O, yaşayacaq yenə də qurub yaradacaq, Şəhidlərin adlarına parklar salacaq onları əbədiləşdirəcək. Hər bir atdığı addımda Samirini yaşadacaq çünkü Samir uşaq olmasına baxmayaraq onun həm dostu, sirdaşı, qardaşı ən önəmlisi isə işlərində məsləhətləşdiyi gənc arxitektoru, dizayneri idi. Birlikdə çəkdikləti planları ilə addımlayırdılar. Məhz Samirin həyata baxışı bir çox gənclərdən fərqli idi 17 yaşı olmasına baxmayaraq 27 yaşlı gənc kimi düşünürdü. Çünkü insanı yaşı deyil yaşadıqları öyrədər həyata baxışı. Samir ağlı kəsən gündən evlərində atanın yoxdan xeyriyyəçilik etdiyinin şahidi oldu. Vardan xeyriyyəçilik etməyə nə var ki. Elman Əsədillayev nə milyonçu olmadı nə də milyonların sahibi deyil. O elə oğuldur ki, övladları üşün aldığı evləri, torpaq sahələrini sataraq şəhid parkları, məzarlarını abadlaşdırmaqla tarixə düşdü.
P.S. Əziz qardaşım Elman və gəlinim Pakizə.
Sizlər həsrətin nə olduğunu çox gözəl bilirsiz. Çevrənizdəki yüzlərlə anaların dərdinə şərik olaraq, onların acıların bölərək sizdə onlarla yandınız. Bu elə bir ağrı, elə bir acı ki, söz acizdir bu dərdin rəngini yazsın.
Samir qəlblərdə yaşayacaq ruhu isə həmişə köməyçini olacaq. Dərdə əyilməyin dərdi duruşunuzla əyin. Qoy dərd sevinməsin o, gəlişiylə bir atanı daha mübariz olmağa vadar etdi. Bir ananı isə daha da mətinləşdirdi.
Dərdiniz dərdimdi ALLAH Samir balamızı Cənnətində Şəhid qardaşlarına qovuşdursun.
SAMİR vaxtsız gedişiylə hər kəsə bir dünya açdı. İndi onu sevənlər onsuz dünyalarında onunla olacaqlar.

Almaz İlahə


SAMİR GEDİŞİYLƏ HƏR KƏSƏ BİR DÜNYA AÇDI
SAMİR GEDİŞİYLƏ HƏR KƏSƏ BİR DÜNYA AÇDI
SAMİR GEDİŞİYLƏ HƏR KƏSƏ BİR DÜNYA AÇDI

Oxunub: 1 006
Oxşar xəbərlər
SON XƏBƏRLƏR