dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan şairi, nasir, tərcüməçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, Azərbaycan Komsomolu mükafatı laureatı adına layiq görülmüş Tofiq Mahmud haqq dünyasına qovuşmuşdur!

Azərbaycan şairi, nasir, tərcüməçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, Azərbaycan Komsomolu mükafatı laureatı adına layiq görülmüş Tofiq Mahmud haqq dünyasına qovuşmuşdur!
Tofiq Mahmud oğlu Mehdiyev (Tofiq Mahmud) 06 noyabr 1931 - ci ildə Naxçıvan MR Şahbuz rayonunda anadan olmuşdur. Orta təhsili Bakıda 31 saylı məktəbdə almış, sonra 1949 - 1954 - cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1954 - cü ildə Azərbaycan Mədəniyyət Nazirliyinin mədəni - maarif müəssisələri idarəsində metodiki kabinetin metodisti kimi başlamış, sonra 1958 - 1961 - ci illərdə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında xüsusi müxbir, 1961 - ci ildə "Göyərçin" jurnalı redaksiyasında ədəbi işçi olmuşdur.
İlk şeri "Kəsməsəm də, görməsəm də" 1953 - cü ildə "İnqilab və mədəniyyət" jurnalında dərc olunmuşdur. 1976 - cı ildən "Göyərçin" jurnalının redaktoru vəzifəsində işləmişdir. Bədii tərcümə ilə də məşğul olmuşdur. Onun tərcüməsində Xuta Berulavanın "Quş südü", İsabəy İshaqovun "Hər şeyi öyrənmək istəyən" kitabları işıq üzü görmüşdür. Əsərləri xarici ölkə xalqlarının dilinə tərcümə olunmuşdur. 1989 - cu ildən Azərbaycan Respublikası Uşaq Fondunun Bakı şöbəsinin sədri, həm də rəyasət heyətinin üzvü olmuşdur. Azərbaycan Yazıçılar Birliyi uşaq və gənclər ədəbiyyatı şurasının sədri, keçmiş SSRİ Yazıçılar İttifaqı uşaq və gənclər ədəbiyyatı şurasının üzvü seçilmişdir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir.
1958 - ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1984 - cü ildə isə Azərbaycan Komsomolu mükafatı laureatı adınalayiq görülmüşdür.
Tofiq Mahmud 04 aprel 1997 - ci ildə 65 yaşıda Bakıda vəfat etmişdir.
Şairin adına "Tofiq Mahmud mükafatı" (hər il ən yaxşı uşaq şeirlərinin müəlliflərinə təqdim olunur) təsis edilmişdir.
Kinorejissor Hüseyn Mehdiyevin qardaşı, bəstəkar Azər Hacıəsgərlinin babasıdır.

İlham Əliyev

Oxunub: 841
Oxşar xəbərlər
SON XƏBƏRLƏR