dini radikalizm və ekstremizmlə mübarizə

80 yaşınız mübarək, Bəhmən müəllim!

80 yaşınız mübarək, Bəhmən müəllim!
İllər tez gəlib keçir. Sanki dünən idi, "Yardımlı Xeyriyyə Cəmiyyəti" professor Bəhmən Sultanlının 70 illik yubileyi münasibəti ilə məşhur Çanaxqala restoranında tədbir təşkil etmişdi. Yubileydə kimlər yox idi ki, Sabir Rüstəmxanlıdan tutmuş Yardımlı əsilli görkəmli ziyalılarımızın hamısı orada idilər...
Budur, artıq Bəhmən müəllimin 80 yaşı tamam olur. Ünsiyyətimiz çox olmasa da mən Onu təvazökar, müdrik, sözünü deməyi bacaran, dürüst bir insan kimi tanıyıram. Gənclik illərində sovet rejiminə, sonradan ədalətsizliyə qarşı mübarizə aparan aydınlarımızdandır. Doğrudur, bu barədə onunla eyni cəbhədə vuruşmuş ziyalılarımız danışsa daha yaxşı olar, amma bu gün 80 yaşı olduğuna görə bir neçə kəlmə deməyi özümə borc bildim...
Əziz Bəhmən Sultanlı, hörmətli professor! Yurdumuzun alim övladlarından biri kimi sizin varlığınız biz yardımlılar üçün həmişə qürur yeri olub. Sizə dünyanın ən əziz neməti, möhkəm can sağlığı arzulayırıq.
80 yaşınız mübarək!

Elman Eldaroğlu
ABŞ, Miçiqan

Oxunub: 1 031
Oxşar xəbərlər
SON XƏBƏRLƏR