dini radikalizm və ekstremizmlə mübarizə

Ruhani Azərbaycana səfərə dəvət edilib

Ruhani Azərbaycana səfərə dəvət edilib
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İran Prezidenti Həsən Ruhani ilə görüşüb.

Nazir Aərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Prezident Həsən Ruhaninin diqqətinə çatdırıb.

E.Məmmədyarov Rəşt-Qəzvin dəmir yolunun açılışı münasibətilə İran tərəfini təbrik edib. Öz növbəsində, İran Prezidenti Azərbaycan tərəfinin açılışda yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunmasına görə təşəkkürünü bildirib.

Tərəflər arasında iki ölkə münasibətlərinin gündəliyində olan iqtisadi layihələrə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda ölkələrimiz arasında mədəni, siyasi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi vurğulanıb.

H.Ruhani İranla Azərbaycan arasında mövcud olan əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. İranda Azərbaycanla əlaqələrin inkişafının hakimiyyətin bütün qolları tərəfindən dəstəkləndiyini bildirib. Prezident Ruhani Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və diplomatik danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəklədiklərini qeyd edib.

Nazir Azərbaycan Respublikasının Prezidentinin bu ilin oktyabrın 25-26-da ölkəmizdə keçiriləcək Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının zirvə görüşünə dəvət məktubunu İran Prezidentinə təqdim edib. Prezident Həsən Ruhani tədbirdə iştirakı məmnunluqla qəbul edib.

Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığı dəstəkləyən İran Prezidenti Azərbaycan-Rusiya-İran əməkdaşlığını müsbət dəyərləndirərək dövlət başçılarının növbəti zirvə görüşünün keçirilməsinin əhəmiyyətini qeyd edib. Həmçinin Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Türkiyə-Gürcüstan formatında əməkdaşlılğı mühüm qiymətləndirərək bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin önəmi ifadə edilib. (Report)

Oxunub: 606
Oxşar xəbərlər
SON XƏBƏRLƏR