Səhlənkarlıq və laqeyidlik bizim ən böyük bəlamızdır. Sosial şəbəkədə hər zaman aktual mövzulara toxunan qazimiz Hikmət Məmədovun paylaşımında aşagıda gördüyünüz küçə adı diqqətimi çəkdi. Onun söylədiyi iraqlar həqiqət idi.
Şəhid anaları məmurların qapılarında ona buna yalvararaq nişanəsi qalmayan tək övladının adına bir küçə adı ala bilmədiyi halda, bizim küçələrdə hələdə düşmənimiz olan vandalların adları soyadları yazılır. Bu nə kimi düzdür?
Şəhidlərimizi yaşadmaq ucun her şey etməlidirlər, amma bəhanələrin ardı arası kəsilmir süründürməçiliklə anaları yoraraq məqsədlərinə çatırlar. Görəsən İçimizdə olan ermənipərıstlərlə mübarizə aparmağın yolunu tapa biləcəyikmi?
Vətən uğrunda minlərlə ŞƏHİD olduğu halda hansısa gığanın yan adını daşıyan sonluqlu küçə adları insanlarda yanlış fikirlər yaradır Azərbaycanın küçələrində belə adların dəyişdirilməsinə əlaqədar təşkilatlar fikir verməlidirlər.
Həmkarlarımın qeydlərinə əsasən : xəstəxana sözündəki " xana " bizim dilimizdə şəkilçi kimi işlənir. Fars dilində isə bu söz isimdir və" ev " mənasındadır.
Hətta belə olsa da bu əndərbadi küçə adındansa hansısa Şəhidin adının verilməsi doğru olmazmı?