dini radikalizm və ekstremizmlə mübarizə

Soyqırım qurbanları Aksarayda da anıldı

Soyqırım qurbanları Aksarayda da anıldı

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin 4 fəal üzvü-Şamil Sabiroğlu, Ayna Allahyarqızı, Məmməd Nağıyev və Hüseynağa Quliyev məlum soyqırımın 27-ci ildönümü ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmək üçün Türkiyədə səfərdədir.Fevralın 26-da Birliyin sədri, "Tərəqqi" medalının mükafatçısı, Qarabağ qazisi Shamil Sabiroğlu Türkiyənin Karabük Universitetində, Birliyin Qadınlar Şurasının rəhbəri, Birliyin Binəqədi rayon şöbəsinin sədri Novruzlu Ayna Allahyarqizi və Birliyin üzvü, soyqırım zamanı erməni terrorçuları tərəfindən əsir götürülmüş, əsirlik həyatında başı olmazın müsibətlər çəkmiş I dərəcəli müharibə əlili Hüseynağa Quliyev Türkiyənin Aksaray Universitetində, Xocalı sakini, Respublikanın Əməkdar həkimi, "Azərbaycan bayrağı" ordenli Məmməd Nağıyev Ankaradakı Qazi Universitetində, eyni zamanda, Keçiören Bələdiyyəsinin təşkil etdiyi Xocalı şəhidlərini anma mərasimində iştirak ediblər.
Aksaray Universitetində təşkil olunan tədbirdə Universitet Rektorunun köməkçisi Prof.Dr.Hacı Murat, "Birlik" Azərbaycan Dərnəyinin üzvləri-Ədalət Nəsibov, Ceyhun İsmayılzadə, Bayram Zamanov çıxış edərək bu tipli tədbirlərdə gəncləri daha çox aktiv olmağa səsləyiblər.Xanım Ayna Allahyarqızı və Hüseynağa Quliyev şəhidləri andıqları üçün "Aksaray"Universitetinin bütün işgüzar kollektivinə öz minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş olunub.


Şamilə Şamilqızı,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin üzvü.
Soyqırım qurbanları Aksarayda da anıldı
Soyqırım qurbanları Aksarayda da anıldı
Soyqırım qurbanları Aksarayda da anıldı

Oxunub: 758
Oxşar xəbərlər
SON XƏBƏRLƏR