dini radikalizm və ekstremizmlə mübarizə

24 fevral 2019-cu il tarixdə Mingəcevir Gənclər Evində Şəhidlər Vurularkən deyil, Unudularkən ölürlər adlı tədbir baş tutdu

24 fevral 2019-cu il tarixdə Mingəcevir Gənclər Evində Şəhidlər Vurularkən deyil, Unudularkən ölürlər adlı tədbir baş tutdu

24 fevral 2019-cu il Mingəçevir şəhər Gənclər Evində " Şəhidlər vurularkən deyil, unudularkən ölürlər" adlı tədbir keçirildi.Tədbiri giriş sözü ilə açan Rəşad Qurbanov iştirakcilari salamladi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirin təşkilatçısı Türkan Qurbanovaya soz verildi. Aprel döyüşlərindən danışan Türkan xanım o dəhşətli gecədə baş vermiş olayları xatırladı.Sonra həmin döyüşlərin canlı şahidi , Qazimiz Hikmət Məmmədova söz verildi. H. Məmmədov Azərbaycan əsgərinin rəşadətindən ermənilərin qorxaraq geri çəkilməsindən, igidlərimizin qəhrəmanlığından söhbət açdı. " Bizim bir məqsədimiz var idi, o da işğal altında olan torpagları düşməndən azad etmək və şəhidlərimizin qanını yerdə qoymamaq" deyən H.Məmmədov bu gün də Ali Baş Komandanın hər an verə biləcək əmrini gözləyirik dedi.Daha sonra Aprel şəhidi Adil Adilzadənin atası Kamran Abudllayevə söz verildi. Adilin qəhrəmanlığından söz acan K. Abdullayevin gözlərində kədər hissi ilə bərabər , bir qürur da duyulurdu.
Qarabag döyüşçüsü Sohrab Tağıyev isə 1992-ci ildə Qarabağ döyüşlərində baş verən qanlı gecələrdən söhbət açdı . Döyüşçü Vətən uğrunda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət və Qazilərimizə isə can sağlığı arzu etdi.
Şəhid Teymur Qasımovun döyüşçü yoldaşı Afiyyəddin Əliyevə söz verildi. Teymurla birlikdə əmr verilən zaman irəliyə keçməsindən bəhs edən qazi , Teymurun mərdliyini dilə gətirdi.
Aprel şəhidi Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyevaya soz verildi. Vüsalə xanım Rahimlə bağlı xatirələrini və danışdı.
Aprel şəhidi Rüstəm Əhmədovun atası Oruc Əhmədov isə çıxışında Şəhid atası olmağı ilə fəxr etdiyini söylədi. Cəmiyyətimizdə şəhid ailələrinə, Qazilərimizə qoyulan hörmətdən danışdı.Ölkə başçısının şəhid ailələrinə göstərdiyi qayğıdan razılıg etdi.
Aprel qazisi Rəcəb İbrahimova söz verildi.R.Ibrahimov döyüş yoldaşı Adilzadə Adildən, onunla birgə keçdiyi hərb yolundan sohbət etdi.
" Şəhidlər vurularkən deyil, unudularkən ölürlər" adlı tədbir aprel döyüşlərində şəhid olan qardaşlarımızın videoslaydı ilə bitdi. Tədbirin təşkilatçı Türkan Qurbanova tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi.

Samin Tağıyev
Mingəçevir şəhəri
24 fevral 2019-cu il tarixdə Mingəcevir Gənclər Evində Şəhidlər Vurularkən deyil, Unudularkən ölürlər adlı tədbir baş tutdu
24 fevral 2019-cu il tarixdə Mingəcevir Gənclər Evində Şəhidlər Vurularkən deyil, Unudularkən ölürlər adlı tədbir baş tutdu
24 fevral 2019-cu il tarixdə Mingəcevir Gənclər Evində Şəhidlər Vurularkən deyil, Unudularkən ölürlər adlı tədbir baş tutdu
24 fevral 2019-cu il tarixdə Mingəcevir Gənclər Evində Şəhidlər Vurularkən deyil, Unudularkən ölürlər adlı tədbir baş tutdu
24 fevral 2019-cu il tarixdə Mingəcevir Gənclər Evində Şəhidlər Vurularkən deyil, Unudularkən ölürlər adlı tədbir baş tutdu
24 fevral 2019-cu il tarixdə Mingəcevir Gənclər Evində Şəhidlər Vurularkən deyil, Unudularkən ölürlər adlı tədbir baş tutdu

Oxunub: 806
Oxşar xəbərlər
SON XƏBƏRLƏR