dini radikalizm və ekstremizmlə mübarizə

Qazaxıstanı çalxalayan erməni tutuldu

Qazaxıstanı çalxalayan erməni tutuldu
Qazaxıstanda Yeni İl axşamı yerli sakini qətlə yetirən Ermənistan vətəndaşı Narek Qururyan tutulub.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Narek Qururyanın (1997-ci il) Rusiya ərazisində tutulduğu və tezliklə Qazaxıstana ekstradisiya olunacağı gözlənilir.

Qeyd edək ki, Qazaxıstanın Karaqanda şəhərindəki “Qədim Roma” kafesində baş verən qətldən sonra Ermənistan rəhbərliyi kifayət qədər narahat olub. Lakin Qazaxıstanın müvafiq qurumları şübhəli bilinən Narek Qururyanın ələ keçirilməsi üçün tədbirlər görür.

Qazaxıstanın Karakanda vilayətində Yeni il bayramını qeyd edən 23 yaşlı qazax gənc qətlə yetirilib. Araşdırma zamanı məlum olub ki, cinayəti törədən şəxslər ermənilərdir.

Hadisədən sonra əməliyyat-axtarış tədbirləri zamanı üç nəfər polis əməkdaşları tərəfindən saxlanılmışdı. Onlar Malkhasyan Torkom Manveloviç, Malkhasyan Sokhak Samveloviç və Nadirbekyov Kair Xamitoviçdir. Həmin şəxslər digər ağır cinayətləri də törətməkdə şübhəli bilinirlər. Digər təqsirləndirilən Narek Qururyan isə axtarışa verilmişdi.

Bu hadisə Qazaxıstanda əməlli-başlı rezonans doğurmuş, əhali küçələrə çıxıb ermənilərə etirazını bildirmişdi.

Oxunub: 627
Oxşar xəbərlər
SON XƏBƏRLƏR