dini radikalizm və ekstremizmlə mübarizə

CƏNAB POLKOVNİK- LEYTENANT AD GÜNÜN MÜBARƏK

CƏNAB POLKOVNİK- LEYTENANT AD GÜNÜN MÜBARƏK

Atası Nurəddinlə aramızda haqq-salam var. Necə deyərlər, yurdumun zirək kişilərindəndir. Böyük əmisi hacı Firuddin bir başqa aləmdir, ağsaqqallığına söz ola bilməz. Yaşca kiçik əmisi Fəxrəddin isə qiyamətdi, saatlarla söhbət etsən də, şirinliyindən doymazsan...
Rəhmətlik babası da çox gözəl kişi idi. Hər dəfə rayona yolum düşəndə ziyarətinə gedərdim...
Bu adları nahaq yerə sadalamadım. O da Abazəliyevlər soyadının davamçılarındandır. Aramızda 13 il yaş fərqi olduğundan həmişə hörmətimi saxlayıb- böyük-kiçik yeri bilən oğuldur...
Kim deyir, hüquq mühafizə orqanlarında yaxşı adam qalmayıb, yalandır. İsmayıl çox qabliyyətli, vətənpərvər, dövlətə sədaqətli məmur olmaqla yanaşı, həm də gözəl insandır.
Erkən gəncliyindən həyatı uğurlu olub. Bacarığı, işgüzarlığı, savadı ilə vəzifə pillələrində əzmlə addımlayaraq böyük bir rayonun- Masallının İcra və probasiya şöbəsinin rəisi vəzifəsinədək yüksələ bilib. Çiyinlərində polkovnik-leytinant rütbəsi daşıyır...
Belə oğullara baxıb niyə də sevinməyəsən. Bir elə, elata qürur hissi yaşada bilir, başucalığı gətirirlər...
Dekabrın 18-i İsmayılın 39 yaşı tamam olur. Onu bir böyük qardaş kimi bağrıma basır, ona möhkəm can sağlığı, firəvan həyat arzulayıram.
39 yaşın mübarək, cənab polkovnik-leytinant!
Elman Eldaroğlu

Oxunub: 1 260
Oxşar xəbərlər
SON XƏBƏRLƏR