dini radikalizm və ekstremizmlə mübarizə

Gürcüstan-Azərbaycan dostluğu

Gürcüstan-Azərbaycan dostluğu
Bildiyiniz kimi Gürcüstanda da başqa dövlətlərdə olduğu kimi müxtəlif Azərbaycan cəmiyyətləri fəaliyyət göstərir və bu cəmiyyətlərin əsas məqsədi bütün dünyada Azərbaycanı layiqincə təmsil etmək, onun milli mədəni sərvətlərini dünyaya tanıtmaqdı. Bu günlər həmin cəmiyyətlərdən biri olan yeni yaradılan "Azərbaycan ocağı" nı Gürcüstanda ziyarət etdik. Əvvəla Gürcü xalqının qonaqpərvərliyi, insanlarının azərilərə göstərdiyi doğma münasibəti qeyd etməmək günah olardı.
Öz milli sərvətləri etnik mədəni irsi arxeoloji zənginlikləri ilə dünyanın müxtəlif insanlarını cəlb edən bu böyük xalq doğurdan da diqqətə sevgiyə layiqdi. Burda fəaliyyət göstərən teatr sənətini xüsusi vurğulamaq istəyirəm. Müntəzəm repertuarına klassik əsərlərə yer verən teatrlar Gürcüstan tamaşaçısının mədəni formalaşmasında böyük rol oynayır.
"Azərbaycan ocağı" cəmiyyətinin təşkil etdiyi növbəti tədbir Azərbaycan-Gürcüstan dostluğu adı altında baş tutdu. Gənc rəssam dizaynerlər, şairlər, xalq rəqs kollektivləri Azərbaycanı layiqincə təmsil etdi. Əlbəttə ki, bir jurnalist olaraq mən də çıxışımda vətənimizin uğurlu addımlarından, yüksəlişindən, saytımızın bu kiçik zamanda böyük uğurlarından danışdım. Cəmiyyətin rəhbəri və təşkilatçısı Sevda Babayeva bir daha vurğuladı ki, bu cəmiyyətin ilk addımlarıdır. Qarşıda hər iki dövlətin dostluğunu möhkəmləndirəcək belə tədbirlərin müntəzəm keçiriləcəyini qeyd etdi.

P.S. Tədbirin iştirakçıları ilə birgə Gürcüstanın mərkəzindəki Heydər Əliyev parkına ziyarətimiz ulu öndərin anım günü ərəfəsində baş tutdu. Bir daha azərbaycanlı olaraq qürurlandıq... Ruhu şad olsun!

Təranə Feyzullayeva

Oxunub: 948
Oxşar xəbərlər
SON XƏBƏRLƏR