dini radikalizm və ekstremizmlə mübarizə

İLLƏR KEÇİR, ÖMÜR KEÇİR, GÜN KEÇİR

İnsan yaşa dolduqca deyər: İllər keçir, ömür keçir, gün keçir cavan olmaram birdə mən.
İlham müəllimin də yaşının üzərinə yaş gələrkən bir çoxları kimi belə düşünür. Amma geriyə deyil irəliyə baxdıqda şərəf duyur. Evinin elinin ağsaqqalı olan atasına hər baxdıqda həm sevinir həm kövrəlir. Arxasında bir dağ olduğunu düşünür. Ciyərparələrini ona ərməğan edən Kifayət xanım kimi ömür gün yoldaşına görə tanrıya şükranlıq edir.
Zeynəb kimi həyalı, ismətli qızı olduğu üçün fəxr edir.
Həm qardaş, həm sirdaş, həm də dost olan oğlu Mysa üçün qürur duyur. Beləcə illər illəri əvəz edir. Bu gün 46 yaşın tamam olur dostum.
46 yaş... Ömrün əhəmiyyətli bir hissəsinin yaşandığına ilahi ədalətin işarəti. 46 yaş ömrün müdrüklüyə doğru yol aldığı rəqəm. 46 yaş zirvəyə gedən yolun artıq yarısı. 46 yaş həyatla dost olmaq çağı. 46 yaş çılğınlığa son qoyub, dolğun həyat seçimi məqamı. 46 yaş sevginin müqəddəsliyin tam dərk edəcək bir yaş dövrü. Hər kəs bu yaşda bir ayaq saxlayıb geri boylanır. 46 yaş o qədər böyük zaman kəsiyi olmasa da, insanın həyatı üçün bir elə az vaxt hesab olunmur. Məncə gərək həyatı elə yaşayasan ki, geri boylanarkən bu taleh payına təssüflənməyəsən.
Mən elə düşünürəm ki, İlham müəllim geri boylanarkən yalnız fərəhlənir qarşıda isə onu bundan sonra övladlarının xeyir günlərinə baxaraq fəxr etmək gözləyir. Və gələcək həyat yollarında isə o yalnız sevdikləri üçün əzmlə addımlayacaq.
Nil çayı heş zaman qurumur İlham müəllim! Ömrünüz Nil çayı kimi daim axar olsun! Ay və günəş göydən ayrılmadığı kimi sizdə hər zaman doğmalarınızla, əzizlərinizlə, sevdiklərinizlə qoşa olasınız. Qəm əyir, sevinc səadət ucaldır insanı. Qəm görməyin, daim xoşbəxtlik nəsibiniz olsun. Gözləriniz sevinc yaşıyla dolsun. Solmasın çöhrəniz ağrı- acıdan, sevinc yol yoldaşınız kədərsə gen dursun sizdən lap dünyanın sonu tək. Arzu- muradınız hər an çin olsun. Qəlbinizdəki eşq qoy yarınız olsun. Xoşbəxtlik yaraşıq libasınız olsun. Görməsin gözləriniz kədər intizar Kifayət kimi yarınız, Musa tək oğlunuz, Zeynəb kimi qızınız var. Allahın bəxşişi bol olsun sizə, ziyarət yolları gedəsiz yenə.
Sizi öz adımdan, dostlarımızın və Djb.az kollektivi adından təbrik edirəm.
Hörmətlə: Almaz İlahə

Oxunub: 1 368
Oxşar xəbərlər
SON XƏBƏRLƏR