dini radikalizm və ekstremizmlə mübarizə

AXCP sədri R. Nurullayevin müsahibəsi

AXCP sədri R. Nurullayevin   müsahibəsi
- Maraqlıdır, müxalifət niyə hakimiyyətlə deyil, daxili çəkişmələrə maraqlıdır?

- Bilirsiniz, şou-biznesdə dəyişməz qayda budur ki, bəzi müğənnilər sənətləri ilə deyil, qalmaqallarla gündəmdə qalırlar. Hardasa bəlkə də öz aralarında razılığa gələrək bir-birini tənqid edir, bir-birinə çirkab atırlar, söyürlər, bununla da gündəmdə qalır, məşhurlaşırlar ki, nəticədə də toylara dəvət alırlar. Yəqin ki, bəzi siyasilər də siyasətdə bu metoddan yararlanmaq istəyirlər. Əslində siyasətçi hər zaman gündəmdə olmaq istəyir. Elə siyasətçilər var ki, onlar üçün əxlaq, çərçivə var, elə siyasətçilər də var ki, siyasət onlar üçün çərçivəsizdir, əxlaq sərhədləri yoxdur. Çərçivəsi olmayan siyasilər üçün istər iqtidar, istər xarici qüvvələr olsun, fərq etməz, onlara gündəmdə qalmaq lazımdır. Çünki onlar da çox gözəl bilirlər ki, bu gün hakimiyyətə təsir etmək və hakimiyyəti tərpətmək hələ ki, mümkün deyil. Hakimiyyət deyək ki, bir dəmir yumruqla idarə edir və kifayət qədər tutqacı da möhkəmdir, nə atsalar da nəinki dəymək, heç gedib çatmır, Onun üçün də yəqin ki, yeni gündəm yaratmaq, diqqətdə qalmaq üçün bu cür metodlardan istifadə edirlər. Əgər hakimiyyət müəyyən siyasi yumşaltmalar etsə, bir siyasi ab-hava yaratsa, onda onlar hakimiyyətə də “daş” ata biləcəklər. Mən ənənəvi müxalifətin bu siyasi taktikasını qəbul etmirəm, əksinə iyrənc siyasət kimi baxıram. Siyasətçinin bir məqsədi olmalıdır – xalq üçün, millət üçün hakimiyyətə gəlmək, proqramını həyata keçirmək. Məhz bu cür siyasətçiləri qəbul edirəm və özümü də bu cür siyasətçilərə aid edirəm.

Oxunub: 677
Oxşar xəbərlər
SON XƏBƏRLƏR