dini radikalizm və ekstremizmlə mübarizə

MİRZƏ FƏTƏLİ AXUNDOVUN NƏVƏSİ BEYİN QANAMASI KEÇİRDİ

MİRZƏ FƏTƏLİ AXUNDOVUN NƏVƏSİ BEYİN QANAMASI KEÇİRDİ
Ankarada olduğumda Hüseyin bəylə görüşəcəyimizi danışmışdıq. Bir neçə gün bundan öncə Hüseyin bəyin beyin qanaması keçirdiyi məlumatını qardaşı Həsən Yavuzdan aldım.Ankaradan İstanbula dönər dönməz ilk işim Həsən Yavuzla əlaqə yaratmaq oldu. Nüseyin bəyi görmək üçün yola çıxdım. İstanbulda Dövlət xəstəxanasının reanemasiya şöbəsində çox ağır durumda olan Nüseyin beyi ziyarət etmək üçün izin alındı.Və onu görmək nəsibimiz oldu, çox kövrəldim 15 dəqiqə onunla danışdım o uyuyurdu özüm-özümü inandırmağa çalışdım ki, o, məni eşitdi. Qardaşı Həsən Yavuz tez-tez təkrarlayırdı, "abim Elmas hanım geldi aç gözlərini." O Azerbaycandan misafirin olaraq gelmiş misafirini böyləmi yola salacaqsın. O, isə hey susurdu. Birdən ürək çırpıntıları artdı dərindən nəfəs aldı köksü enib qalxdı. Həsən Yavuz bizi duydu deyə ağladı. Sonra təkrar Hüseyin ben Hasan Yavuz, ben sensiz olamam ki, Nüseyin Nasansız olmaz ki, dedi.
Beləcə 15 dəqiqə mənim üçün bir ömür keçdi həm kövrəldim həmdə qəmli xatirələr məni 10 il öncəyə apardı. Reanemasiya mənə İlahəmin son günlərini xatırlatdı. Çətində olsa dayanmaq zorundaydım. Nüseyin bəy bəlkə məni eşidər deyə tezliklə onu görmək üçün gələcəyimi söylədim.
Nüseyin bəy Mirzə Fətəli Axundovun oğul nəvəsi olduğunu sizlərin nəzərinə çatdırım.
Hüseyin bəyin şəfaəti üçün hər birinizin duasına ehtiyacımız var. Allah şəfasını versin. Loğmanlar loğmanı, təbiblər təbibi rabbimdir. Ayrılarkən ailə üzvləri ilə xatirə rəsmi çəkdirdik.
ALMAZ İLAHƏ


MİRZƏ FƏTƏLİ AXUNDOVUN NƏVƏSİ BEYİN QANAMASI KEÇİRDİ

Oxunub: 928
Oxşar xəbərlər
SON XƏBƏRLƏR