dini radikalizm və ekstremizmlə mübarizə

Məmmədov Adil Mirzə oğlu

Məmmədov Adil Mirzə oğlu
Məmmədov Adil Mirzə oğlu 25 iyun 1949-cu ildə Lənkəran rayonunun Mollakənd kəndində anadan olmuşdur.O,1956-cı ildə Lənkəran rayonu RVO kənd 8 illik natamam məktəbin I sinifinə qəbul edilmişdir.Orta məktəbdə oxuduğu müddətdə müəllim və şagird kollektivinin hörmətini qazanmış və bütün elmlərə hədsiz marağı olmuşdur.Belə ki,tam orta təhsil almaq üçün 1966-cı ildə o dövrün mərkəz məktəblərindən hesab edilən Lənkəran rayonu Kərgəlan kənd məktəbində orta təhsilini davam etmiş və 1969-cu ildə oranı müvəffəqiyyətlə bitirmişdir.Orta məktəbi bitirdikdən sonra Məmmədov Adil həqiqi 1969-cu ildə hərbi xidmətə çağrılmışdır.Hərbi xidmətdə olarkən Məmmədov Adil Mirzə oğlunun hərb sənətinə də marağı olmuş,komandir və rəislərin tapşırıqlarını sözsüz yerinə yetirmişdir.1971-ci ilin noyabr ayında ordu sıralarından tərxis olunan Məmmədov Adil vətəni olan Azərbaycanın dilbər güşələrindən olan Lənkərana qayıtmışdır.Hərbi xidməti müvvəffəqiyyətlə başa vurduqdan sonra Mirzəyev Adil o dövürlərdə “Babək” adına sovxozda fəhlə kimi çalışmışdır.Fəhlə işlədiyi illərdə Adil Məmmədov iş yoldaşları ilə daima mehriban münasibət saxlamış,öz işinin öhdəsindən layiqincə gəlmişdir.Adil kişi fəhləd də işləsə öz sənətinin qiymətini bilmiş və işini sevmişdir.Öz peşəsini sevmək və işini sevə-sevə görmək insana qazanılan pulu hər şeydən əziz tutmağa yönləndirir.Bu sözləri Adil kişiyə aid etmək olardı.Çünki,o, dan yeri sökülüncə hər kəsdən öncə işə gələr və hamıdan tez öz işinə odaqlanardı.Fəhlə də olsa təsərüfatın incəliklərini aqronomlardan da yaxşı bilirdi.Adil kişi qulluq etdiyi bitkilərə öz övladları kimi baxır və onların qayğısına qalırdı.bütün bu incəlikləri o öz barmaqları ilə sanki hiss edirdi.”İnsan torpağın oğludur və torpaqdan güc alır “ deyərlər.Elə adil kişi də,işləyərkən sanki,torpaqdan güc alır və digər fəhlələri də,həvəsləndirirdi.Öz gözəl və səliqəli işi ilə digər fəhlələrə örnək olan Adil kişi tez bir zamanda tənbəl fəhlələri də,işə cəlb etdi ki, bu da onu o zamankı sovxoz rəhbərliyi yanında hörmətini birə on artırdı.Bütün bu müsbət cəhətləri görən o zamankı sovxoz rəhbərliyi çox keçmədi ki Adil kişini irəli çəkərək briqadir vəzifəsinə təyin etdi.Belə ki,1976-cı ildə 5 saylı briqadaya rəhbər təyin olunan Adil kişi elə briqadirliyə başladığı ilk gündən bəri özünü formalaşdırmağa başladı.Çünki,bir müddət öncə çiyin-çiyinə işlədiyi fəhlə yoldaşlarına artıq indi göstəriş və tapşırıq verməli idi və bu belə də asan deyildi.Lakin,fəhlə işlədiyi dövürlərdə müəyyən təcrübə qazanmış Adil kişi bu işin də,öhdəsindən layiqincə gəlməyə başladı.Çünki, Adil kişi çiyin-çiyinə işlədiyi fəhlə yoldaşlarına bəslədiyi sırf insani və yoldaşlıq münasibətlərini briqadir olduqdan sonra da, davam etdirirdi.Elə bunun nəticəsi olaraq Adil Məmmədov qısa müddətdə rəhbəri olduğu briqada fəhklələrinin dərin hörmətini və etmimadını qazandı.Bu onun sırf insani keyfiyyətlərinin bəhrəsi idi. Adil kişinin yüksək iş bacarığını görən rəhbərlik ona öz təcrübəsini artırmaq üçün Ali-orta təhsil almasını tövsiyyə etdi.Adil Məmmədov da,ixtisaslı mütəxəsis olmaq üçün təhsilini daha da,təkmilləşdirməli idi.Elə bu bu səbədən də, Adil Məmmədov 1980-ci ildə “Gəncə Kənd Təsərüfatı Akademiyasına müvəffəqiyyətlə qəbul olundu və 1985-ci ildə Akademiyanın “meyvə-tərəvizçilik” və “üzümçülük” fakültəsini “alim-aqronom “ ixtisası üzrə bitrir. Bütün bu müsbət keyfiyyətlər əlbətdəki,sovxoz rəhbərliyinin diqqətində idi və ona rəhbərlik yanında dərin etimad və etibar qazandırmışdı.1985 –ci ildə Məhz bunu nəzərə alan sovxoz rəhbərliyi Adil Məmmədovu daha da,irəli çəkərək onu “Babək” sovxozunun “baş aqronomu” vəzifəsinə təyin edərək ona nə qədər etimad və etibar etdiklərini göstərdilər.Adil kişi bu vəzifəsin də,öhdəsindən layiqincə gəlməyə başladı.Yeni işində yeni-yeni iş yoldaşları və yeni-yeni tapşırıqlarla rastlaşsa da,bu onun üçün problem yarada bilmədi.Çünki,Adil Məmmədov baş aqronom vəzifəsinə təyin olunana qədər artıq vəzifə funksiyalarına və iş rejiminə yaxşıca bələd idi və bu da, özünü yeni işində göstərdi.Yeni işində də öz təcrübəsini daha da,artıran Adil Məmmədov yüksək bir iş prinsipi nümayiş etdirməyə başladı.Sovxozun baş aqronomu işlədiyi illərdə Adil Məmmədov öz ixtisaslı kadr olduğunu öz üstün iş keyfiyyətləri ilə nümayiş etdirirdi.O,sovxozdakı bütün fəhlə və sovxozçuların və eləcə də,rəhbər işçilərin diqqətini özünə çəkməyi bacarmışdı.Onu öz işinə olan doğma və isti münasibəti digər işçiləri də öz işlərinə həvəslə sarınmağa sövq edirdi.Bəli bu cür yüksək kadr keyfiyyəti sovxozun işinin irəliləməsində də,öz rolunu oynayırdı.Artıq rayon rəhbərliyi də,Adil Məmmədovun yüksək keyfiyyətli işindən və bacarığından agah idi.Burada artıq sənədlər danışırdı.Çünki,Adil Məmmədov sovxoz və rayon rəhbərliyi tərəfindən ona verilən tapşırıqları ürəklə yerinə yetirirdi.Bütün bu işləri nəzərə alan rayon rəhbərliyi Adil Məmmədovu yaxşı işinə görə 1992-ci ilin fevral ayında “Babək” adına sovxozda “idarə heyətinin sədri” vəzifəsinə təyin etdi.Adil kişi bu vəzifədə 1996-cı ilə qədər ləyaqətlə çalışmışdır.İşlədiyi müddətdə öz işini sevmiş və işçiləri ilə mehriban münasibətlər saxlamışdır.Adil kişi öz bacarığı və yüksək iş təcrübəsi ilə artıq addım-addım önə çəkilirdi.Bu işin də öhdəsindən layiqincə gələn Adil Məmmədov 2003-cü ilin yanvar ayında Lənkəran Zona Stansiyasının “yardımşı təsərüfatı üzrə “ direktor muavini təyin olunmuşdur.Bu rəhbərlik tərəfindən Adil Məmmədova verilmiş ən yüksək qiymət demək idi.Çünki,irəli getdikcə həm kollektiv böyüyür ,həm də məsuliyyət artırdı.Lakin məsuliyyət nə qədər artırsa-artsın Adil Məmmədov onun da öhdəsindən layiqincə gəliridi.Çünki,bu bir allah vergisi idi.Adil Məmmədov allaha bağlı bir insan idi.Belə ki,o həmişə Allahbilən,qəlbində tanrı sevgisi gəzdirən bir şəxsiyyət idi.Adil kişinin peyqəmbər və onun əhli-beytinə xüsusi sevgisi var idi.Elə bu minvallada Adil kişi 2011-ci ilin noyabrında Həcc ziyarətinə getdi.Qəlbində allaha qarşı sonsuz məhəbbəti olan Adil kişi həcc ziyarətində də, allaha bağlılığını gizlədə bilmir və bu hissləri sevə-sevə yaşayırdı.Lakin “yaxşı insanı allah öz dərgahına tez çəkir” deyirlər.Belə ki,Adil Məmmədov 8 sentyabr 2018-ci ildə qəflətən dünyasını dəyişmişdir.İndi onun yoxluğu ağır da olsa hiss olunmağa başlayır və bu acı bir gərçəkdir. Xalqımız belə ziyalılarla qürur hissi duyur.Allah rəhmət etsin.
Düşünürəm ki,belə ziyalılar cismən ölsələrdə ,ismən daim insanların qəlbində yaşamağa davam edirlər.Adil müəllimin işini indi onun övladları davam etdirir.İndi onların hər biri bir müəssisədə və ya təhsil ocaqlarında çalışır və öz ziyası ilə xalqa xidmət etməyə davam edirlər.Belə ki,Adil Məmmədovun övladı var və onlar aşağıdakılardır.
Məmədov Əvəz Adil oğlu 1975-ci ildə Lənkəran rayonu Mollakənd kəndində anadan olmuş və hal-hazırda Rusiyanın Moskva şəhərində yaşayır və xüsusi sahibkarlıqla məşğuldur.
Məmmədov Vüqar Adil oğlu 1978-ci ildə Lənkəran rayonunun Mollakənd kəndində anadan olmuş və hal-hazırda Lənkəran şəhər Mənzil İstismar Kommunal xidmətlər idarəsinin rəisi vəzifəsində işləyir.
Ağayeva Sevər Adil qızı.Ağayeva Sevər Adil qızı 11 iyun 1974-cü ildə Lənkəran rayonunun Rvo kəndində anadan olmuşdur. “fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.Hal-hazırda S.Əliyev adına Haftoni qəsəbə orta məktəbinə direktoru vəzifəsində işləyir və tanınmış pedaqoqdur.
Məmmədova Reyhanə Adil qızı 1978-ci ildə Lənkəran rayonu Mollakənd kəndində anadan olmuş və hal-hazırda Moskva şəhərindəki məktəblərin birində ingilis-dili müəlliməsi işləyir.
Məmmədova Ayna Adil qızı 1972-ci ildə Lənkəran rayonunun Mollakənd kəndində anadan olmuşdur.Göründüyü kimi Adil Məmmədovun övladları da,onun yolunu davam etdirərək ryonda böyük hörmət qazanmış və hər biri öz sahəsində xalqımıza xidmət edirlər.Xalqımız belə ziyalılarla qürur duyur.


Aqşin Mistanlı
Tarixçi-tədqiqatçı
araşdırmaçı-jurnalist.

Oxunub: 1 178
Oxşar xəbərlər
SON XƏBƏRLƏR